Bir banka ilə “qanadlandıran” içkilər - Gənclərimizi bəlaya sürükləyən “Red Bull”, “Hell”... - TƏHLÜKƏ
Hadise
Oxunub: 695
19 in 2017 | 12:20
Bir banka ilə “qanadlandıran” içkilər - Gənclərimizi bəlaya sürükləyən “Red Bull”, “Hell”... - TƏHLÜKƏ

















Havaların isindiyi bir vaxtda xüsusilə sərinləşdirici içkilərə tələbat artıb. Reklamlara inansaq ki, bu içkilərin içərisində xüsusi bir növ sərinləşdirməklə bərabər, insanı həm də “qanadlandırır”

“Red Bull” adı ilə bazara çıxarılan içkinin enerji bərpa etdiyi və alkoqolsuz olduğu bildirilir. “Red Bull” hazırda “GmbH” şirkəti tərəfindən istehsal olunaraq 140-dan çox ölkəyə idxal edilir. “Red Bull” Tailandda istehsal olunan enerji içkisi vasitəsi ilə meydana gəlib, sözün tay dilindən hərfi tərcüməsi “Krating Daeng”dir.

“Red Bull Energy Drink”in əsası ilk dəfə avstriyalı Ditrix Mateşiç və Çaleo İovidya tərəfindən qoyulub. Onların hər biri 500.000 dollar investisiya ayırmaqla yeni yaranmış şirkətdən 49 faiz mənfəət əldə ediblər. Qalan 2 faiz mənfəət isə Mateşiçin şirkətə rəhbərlik etməsi şərti ilə oğlu Çaleo Şalemə ötürülüb. Və beləliklə, məhsul ilk dəfə olaraq 1987-ci ildə qazlı içki görünüşündə bazara çıxarılıb. Sahibkarların sənaye məqsədilə istifadə etməyə qərar verdiyi “Red Bull” hazırda energetik içki bazarının 70 faizini əhatə edir.

“Red Bull”un tərkibində su, taurin, arginin, kofein, B qrupu vitaminləri, şəkər, qlükoza, aspartam, natrium sitrat, heksoza maddələri var. Bu içkinin bazara daxil olmasından sonra “Pitbull”, “Rox”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” kimi yeni eneregtik içkilər istehsal olunmağa başladı.

Energetik içkilərin tərkibindəki qlükoza tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.

Mütəxəssislərin bildirdiyinə görə, sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz. Hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür. Heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz. Çünki kfein qan təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.

“Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov Modern.az-a deyib ki, energetik içkilər gənclərimizi bəlaya sürükləyir:

“Energetik içkilər yeni narkotik növüdür”

“Energetik içkilər narkotikin bir növüdür. Bu içkidə heç bir enerjidən söhbət getmir. İçkilərdən istifadə zamanı beyin-qan dövranı sürətlə işləyir, orqanizmdə qan təzyiqi qalxır və bədəndəki enerji istifadə olunmağa başlayır. 3-4 saat sonra insan həmin enerjini bərpa etmək üçün mütləq ya yatmalı, ya da istirahət etməlidir.

Energetik içkilərin tərkibindəki maddələrin böyük əksəriyyəti insan orqanizminə zərərlidir. Əbəs deyil ki, Avropanın bəzi ölkələrində energetik içkilərə qadağa da qoyulub. Bəzi ölkələrdə isə yalnız apteklərdə satılır. Çindəki super marketlərin çoxunda bu içkilər tamamilə yığışdırılıb. Energetik içkidən 2-3 banka arxa-arxaya içdikdə insan sanki havalanır, göyə qalxır. 3 banka energetik içki 1 litr arağa bərabərdir”.

“Energetik içkidən xeyir görən olmayıb”

Mütəxəssisin sözlərinə görə, içkidən istifadə zamanı insanın fikirləri dağılır, özünü güclü hesab edir:

“Əgər avtomobili 80km/sürətlə idarə edirsə, ona elə gəlir ki, 20-30 km/sürətlə gedir. Eyni zamanda energetik içkilər sonsuzluq xəstəliyi yarada bilər. Rusiya mətbuatında dəfələrlə imtahanlardan əvvəl energetik içkilərin içilməsi tövsiyə olunur. Guya bu, abituriyenti daha zəkalı, daha sürətli edir. Reallıq göstərir ki, bu içkilərdən istifadə edən gənclər ya özlərini yüksək mərtəbədən atıblar, ya da başlarına hansısa fəlakətlər gəlib”.

“Bunu içən heyvanlaşır”

D.Məmmədov bildirir ki, energetik içkilərin adları əsasən heyvan adlarından götürülüb:

“Energetik içkilərin adına baxsaq, görərik ki, onların adı heyvan adıdır. “Hell” “Cəhənnəm” deməkdir. Hətta bankanın üzərində də şeytanı əks etdirən şəkil vurulub. Əgər şeytanın şəkli də vurulubsa, bunun reklamının aparılması, mağaza və marketlərin şüşələrinə vurulması nə deməkdir?! Heyvan adı verilən içkilər o deməkdir ki, bunu içən heyvani hal yaşayır. Bütün bunları Avropadan Azərbaycana gənclərimizin beyinlərini xarab eləmək üçün xüsusi insanlar yeridiblər. Yeridiblər ki, gənclərimizin başı xarab olsun. Bu içkiyə müraciət edənlər əsasən, 12, 14, 16 yaşlı uşaqlardır. Əslində isə bu içki yaşı 18-dən yuxarı olanlar üçün satılmalıdır. Yaşlı kişilərə, hamilə qadınların energetik içkidən istifadə etməsi olmaz. Bu həm narkotikə, həm də sonsuzluğa yol açır.

Hesab edirəm ki, respublikamızda energetik içkilərin bu qədər geniş yayılmasının səbəbi həkimlərdir. Çünki bizim həkimlər nə yemək, nə içmək lazımdır kimi maarifləndirici məlumatlar vermirlər. Əgər biz gənclərimizin sağlam olmasını arzulayır və ərzaq təhlükəsizliyi haqqında proqramı fikirləşiriksə, insan orqanizmi üçün zərərli olan malların sərbəst satışına qadağa qoyulmalıdır”.
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində