Xaçmazda vəhabilər yumruq DAVASINA ÇIXDILAR - VİDEO
Hadise / Video
Oxunub: 690
2 iy 2017 | 13:13
Xaçmazda vəhabilər yumruq DAVASINA ÇIXDILAR - VİDEO

















İyunun 26-da- Ramazan bayramı günü vəhhabilərin namaz qıldığı Xaçmaz rayonunun Köhnə Xudat kənd məscidində baş vermiş hadisə hələ də müzakirə olunmaqdadır. Əvvəlcə onu qeyd edək ki, burada təxminən 200-ə yaxın dindar namaz qılır. Onlar iki qrupa bölünüblər. Musa Seyidov və Nadir Xosrovoğlu bu qruplara rəhbərlik edirlər. Tərəflərdən biri digərini xavariclikdə və təkfirçilikdə ittiham edir. Təxminən üç ay əvvəl məscidin imamına Əlimət adlı yeni bir köməkçi də təyin olunub. Buna baxmayaraq, dindarlar arasında mübahisələr səngimir. Hadisə isə orucluğun sonuncu iftarının açılması üstündə baş verib. İddialara görə, Nadir Xosrovoğlunun rəhbərlik etdiyi qrup Ramazanın sonuncu iftarını iyunun 24-də açıb. Digər tərəf isə, bu qaydaya Qafqaz Müsəlmanları Ruhani İdarəsinin təqvimi əsasında riyaət edib. Hər iki qrup bayram namazını eyni vaxtda qılsalar da, bu məsələnin üstündə söz-söhbət yaranıb.

İnsidentlə bağlı suallarımızı cavablandıran Tahir İsayev bildirdi ki, ona qarşı zor tətbiq olunub. “Belə ki, həmin gün məscidin içində bir az dava-dalaş oldu, sonra çıxdıq bayıra. Musanı fitnəkar adlandırdılar. Mən də Abdullaya dedim ki, gedin Nadirin arxasınca, biz orucu dövlətin dediyi qaydada açırıq. Dini qurumlardan(Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur-red) orucun açılması və bayram namazının nə vaxt qılınması barədə təqvim göndərilib. Onlar həmin sənədləri cıraraq bir qırağa atdılar. Dedilər ki, bizim öz təqvimimiz var. Saqqalımdan yapışıb məni vurdular. Bildirdilər ki, heç kimdən qorxmuruq, hara istəyirsiniz şikayət edin. ”

T. İsayev onu da vurğuladı ki, vaxtilə N. Xosrovoğlu özü deyirdi ki, kim dini ayinlərin icrasında dövlətin qayda-qanununa tabe olmursa gələcəyin təkfirçisi və xavaricidir.

İnsidentdə adı Nadir Xosrovoğlunun tərəfdarı kimi hallanan Köhnə Xudat kənd sakini Səyavuş İbrahimovun da mövqeyini öyrəndik. O, deyilənləri tamamilə təkzib etdi: “Məscidin içində qarşıdurmanı Tahir saldı. Sonradan mən onları sakitləşdirmək və ayırmaq istədim. Bura mənim öz kəndimdir. İstəmərəm ki, hər hansı bir qarşıdurma baş versin.”

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsinə gəldikdə isə, Tahir İsayev bildirdi ki, baş verənlər barədə DTX-nın Xudat şəhər bölməsi məlumatlandırılıb. Lakin yerli polisə şikayət edilməyib.

Azərbaycan DTX-sı və DİN-i ölkəmizdə terrorçuluğa və dini ekstrimizmə qarşı qətiyyətlə mübarizə aparırlar. Son vaxtlar bir neçə terrorçunun zərərsizləşdirilməsi buna bariz nümunədir. Yerlərdə ardıcıl proflaktik tədbirlərin həyata keçirilməsinə hələ də ciddi ehtiyac var. Biz sözügedən məsciddəki vəziyyət barədə bu ilin əvvəllərində yazı dərc etmişdik. Qəribə olsa da, elə özümüz bəzi rəsmilərin qınağına tuş gəlmişdik. “Şimal xəbərləri” olaraq insidentdə konkret kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Yəqin ki, yerli hüquq-mühafizə orqanları, DQİDK-in regional idarəsi, Xaçmaz rayon icra hakimiyyətindəki dini komissiya müvafiq araşdırmalar apararaq günahkarları cəzalandıracaq və qanuni tədbirlər görəcək. Çünki belə insidentlər gələcəkdə daha ciddi qarşıdurmalara yol aça bilər.

Mövzuya qayıdacağıq.

“Şimal xəbərləri”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...