"Ağ çiçəyim"ə hücum edib, satıcını döyən rəisin qardaşı oğlu imiş - TƏFƏRRÜAT
Hadise
Oxunub: 629
10 iy 2017 | 12:33
"Ağ çiçəyim"ə hücum edib, satıcını döyən rəisin qardaşı oğlu imiş - TƏFƏRRÜAT

















Xəbər verdiyimiz kimi, iyulun 3-də Gəncədəki "Ağ çiçəyim” gül mağazasına hücum olub.

Şəhərin Şeyx Bahəddin küçəsindəki gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər.

Hadisənin təfərrüatları AZXEBER.COM-a məlum olub. Məlumata görə, satıcını döyən şəxs Gəncə şəhərində yerləşən keçmiş Dinamo cəmiyyətinin sədri Namiq Əliyevin qardaşı oğlu Bəşir adlı şəxs olub. O başına 10-a yaxın gənci yığaraq mağazaya basqın edib və küt alətlə satıcını döyüb. Nəticədə satıcı olan qardaşlardan birinin qabırğası sınıb, beyni silkələnib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş tutduğu da məlum olub. Sakinlərin iddiasına görə, Bəşir adlı şəxs həmin ərazinin özünə məxsus olduğunu və orada istədiyi hər şeyi edə biləcəyini deyib. Məlumata görə, Bəşir 24 saat çalışan mağazaya gecə vaxtı gələrək, işçilərlə zarafatlaşır və onları mütəmadi olaraq təhqir edib. Məsələni bilən mağazanın müdiri bu haqda Bəşirlə söhbət edib və bu hərəkətin doğru olmadığını deyib. Satıcıların ondan şikayət etməsi Bəşirin xoşuna gəlməyib və ertəsi gün 10 dostu ilə mağazaya basqın edib və ondan şikayət edən satıcını döyüb.

Sakinlərin dediyinə görə, Bəşir adlı şəxs və əmisi Namiq Əliyev həmin ərazidə "Ağ çiçəyim" dükanının açılmasına ilk gündən razı olmayıblar.

Qeyd edək ki, məsələ ilə bağlı hələ ki, saxlanılan və ya həbs olunanlarla bağlı rəsmi açıqlama yoxdur.

Mağazaya basqının videosunu təqdim edirik:
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb