Dilqəm Əsgərovun yeni şok görüntüsü - VİDEO
Hadise
Oxunub: 713
17 iy 2017 | 12:35
Dilqəm Əsgərovun yeni şok görüntüsü - VİDEO

















Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedərkən girov düşən Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə" prosesi zamanı lentə alınan yeni görüntüsü ortaya çıxıb

Dilqəm Əsgərovun oğlu Kürdoğlu anspress-in redaksiyası ilə əlaqə saxlayaraq sözügedən video materialı təqdim edib. Onun sözlərinə görə, bu videoda ermənilərin gizlətməyə çalışdığı bəzi məsələlər gün üzünə çıxıb.

Atasının "məhkəmə" zalına axsayaraq girdiyini deyən Kürdoğlu, Dilqəm Əsgərova işgəncə verildiyini düşünür. Əldə etdiyimiz bu görüntü "Azadlıq Radiosu"nun İrəvan bürosu tərəfindən çəkilib. Kürdoğlunun fikrincə, bu çəkiliş təxminən 1-2 ay öncə qeydə alınıb:


"Videodan aydın olur ki, mənim atam axsayaraq gəzir. Görünür ona qarşı qəddar davranırlar. Mən onun səhhətinin yaxşı olduğuna inanmıram. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bizə verdiyi məktubda yazılır ki, hər şey qaydasındadır. Ancaq mən bu deyilənlərə şübhə edirəm", - deyə Kürdoğlu əlavə edib.

Beynəlxalq Qızıl Xaç Komitəsindən isə bildirilir ki, girov götürülən şəxslərin səhhəti ilə bağlı heç bir problem yoxdur.

Ancaq kadrlardan göründüyü kimi Dilqəm Əsgərov bir əli ilə ayağını tutur və axsayaraq, çətinliklə gəzir. Bu görüntülər Ermənistan tərəfinin beynəlxalq normaları və insan hüquqlarını kobud şəkildə pozduğunun əyani sübutudur. Bir ildən çoxdur ki, öz doğma torpaqlarında həbs olunan azərbaycanlılara qarşı işgəncələrin edilməsi şəkillərdən də məlum olur.

Ermənilər girov götürdükləri azərbaycanlıların son fotolarını qondarma məhkəmə prosesi zamanı yaymışdılar. Həmin fotolardan da onlarla münasibətin neçə olduğunu açıq-aşkar görmək mümkündür. Girovlar həddindən artıq arıqlamış formada, səliqəsiz geyimdə olublar.

Ailələri belə qondarma məhkəmə prosesi zamanı Dilqəm və Şahbazı tanıya bilmədiklərini demişdilər. K.Əsgərov oktyabr ayında açıqlamasında atasının bir dəri, biri sümük olduğunu demişdi. “4 aydır atama çörək vermirlər. Televiziyada görəndə onu tanımadım. Çox dəyişib, arıqlayıb. Hiss olunur ki, səhhətində böyük problemlər var”.

Dekabr ayında kəlbəcərli girovlar üzərində qurulan qondarma məhkəmə prosesinin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

Girovlarla bağlı bir çox beynəlxalq quruma müraciətlər edilib, ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Lakin hələlik bu ərizəyə heç bir cavab gəlməyib.

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Vladimir Doroxinə müraciət ediblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Girovların məktublarını ailələrinə çatdırırlar. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər. Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ