Yevlax, Xaçmaz, Lənkəran rayonlarında yol qəza hadisələri olub, yaralılar var
Hadise
Oxunub: 2 154
19 dek 2014 | 23:00
Yevlax, Xaçmaz, Lənkəran rayonlarında yol qəza hadisələri olub, yaralılar varYevlax-Zaqatala-Gürcüstan yolunun 18-ci km-də qəza hadisəsi baş verib. Gəncə şəhər sakini Vüqar Abışov idarə etdiyi "Vaz 21015" markalı avtomobillə Yevlax istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobildə olan sərnişin İbrahimov Zaur məzahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına yerləşdirilib. Vəziyyəti orta-ağır hesab edilir. Faktla bağlı Şəki Şəhər rayon Polis Bölməsində araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Xaçmazda da yol nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər sakini İbrahim Musayev idarə etdiyi "Lexus" markalı avtomobillə qəza törədib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Sürücü idarəetməni itirərək öncə yol kənarındakı şam ağaclarına çırpılıb, daha sonra isə yol kənarında hərəkətsiz vəziyyətdə olan yük avtomobili ilə toqquşub. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizadan sonra bilinəcək.
Lənkəran-Lerik yolunun 1-ci km-də 3 avtomaşının toqquşması ilə nəticələnən avtoqəza qəza baş verib. Lənkəran rayon sakinləri Tural Cəfərovun idarə etdiyi "Vaz 21011", İlqar İsmayılovun idarə etdiyi "Vaz 21015", Emil Qasımovun İdarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Qəza nəticəsində hər 3 avtomobilə ciddi ziyan dəyib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan "Vaz-21011"-in sürücüsü 31 yaşlı Tural Cəfərov Lənkəran rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir. Hadisənin baş vermə səbəblərinə gəlincə isə "Vaz 21011"-in "Mercedes"in yoluna çıxması göstərilir. Faktla bağlı Lənkəran rayon polis şöbəsində araşdırma aparılır.

kepeztv/az
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA