22 il sonra arvadının başqası ilə sevişdiyini, uşaqlarının ondan olmadığını öyrəndi - Bakıda dəhşət
Hadise
Oxunub: 653
18 iy 2017 | 12:28
22 il sonra arvadının başqası ilə sevişdiyini, uşaqlarının ondan olmadığını öyrəndi - Bakıda dəhşət

















Qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nazim Ağayev arvadı Mehriban Ağayevanın başqa şəxslə görüşüb və gizli həyat tərzi keçirməsindən şübhələnib. Bununla bağlı ər-arvadın arasında əvvəllər dəfələrlə mübahisələri olub.

Qısqanclıq

Sonuncu dəfə mübahisə edən Nazim Ağayev arvadını qəsdən öldürmək, sonra isə özünə xəsarət yetirərək intihar etmək qərarına gəlib.

Bu məqsədlə Nazim Ağayev hadisədən bir neçə gün əvvəl yazdığı müxtəlif məzmunlu, o cümlədən "Bizi bir qəbirə qoyun, xahiş edirəm, mən onu sevirəm, heç olmasa bu xahişi yerinə yetirin. Oğul, yaxşı oğul. Məni bağışla, məcburam, bu, namus məsələsidir. Aslan içəridən ailəmizi dağıtdı", - kimi, həmçinin ona məxsus pul vəsaitlərinin miqdarı və yerini özündə əks etdirən yazı olan vərəqləri tərtib edib.

Qətl

Nazim Ağayev daha sonra 17 iyul 2015-ci il tarixdə saat 23 radələrində yaşadığı Binəqədi rayonu, Azadlıq prospekti, məhəllə 3023 ev 1 ünvanında övladlarının evdə olmamasından istifadə edərək öz niyyətini həyata keçirmək üçün mətbəxdən bıçaq götürüb. O, bıçaqla bir dəfə arvadını vuraraq öldürüb.

Nazim Ağayev arvadını öldürdükdən sonra özünü intihar məqsədilə özünə də xəsarət yetirib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Nazim Ağayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Onun barəsində başlanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Oğluma dedim ki, mənə oxşamırsan"

Məhkəmədə ifadə verən Nazim Ağayev bildirib ki, hadisədən bir gün əvvəl evdə 20-22 yaşlı oğlanlarına baxıb və oğlanlarının ona oxşamamasını deyib: "Oğluma dedim ki, Hikmət, sən mənə oxşamırsan, səni DNT analizinə aparacağam. Ertəsi gün ailə üzvlərimə bayramla əlaqədar Quba rayonuna getməyi, bir neçə gün orada qalmağı təklif etdim. Mehribanla Nazim bir maşında, oğlanlarım Aslanla Hikmət isə digər maşına əyləşdilər. Biz yola düşərkən qəfil yağış yağmağa başladı. Aslan rayonda dolu düşəcəyini dedi və Qubaya getməkdən imtina etdi. Bu səbəbdən Qubaya yox, istirahət etmək üçün Novxanıya yollandıq".

"Arvadım dedi ki, bıçağı ürəyinə soxacam"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, günorta saatlarında Aslanla Hikmət şəhərə qayıdıblar: "Uşaqlar getdikdən sonra Mehriban məndən doğurdanmı Hikməti analizə aparmaq istədiyimi soruşdu. Ona nəinki Hikməti, hətta Aslanı da aparacağını söylədim. Arvadıma dedim ki, şəkər xəstəsiyəm, övladlarıma artıqlaması ilə qayğı göstərirəm, amma onların heç birində mənə qarşı ata məhəbbəti yoxdur. Novxanıdan qayıtdıqdan sonra gecə divanda uzanarkən qəflətən qarın nahiyəmdə ağrı hiss etdim. Mehribanın əlində bıçaq vardı. Əvvəlcə qorxaraq müqavimət göstərmədim. Sonra mətbəxə keçdim, əlimə bıçaq götürərək dəhlizə gəldim. Mehribana dedim ki, dəlisən, məni niyə bıçaqla vurursan? Mehriban bildirdi ki, bıçağı ürəyinə soxacağam".

"Dedi ki, Aslan və Hikmət sənin oğlun deyil"

Nazim Ağayev qeyd edib ki, Mehribana həbs olunacağını deyib: "Arvadım uşaqların bu barədə heç kimə deməyəcəklərini söylədi. Bıçaq əlimdə qapıya tərəf getmək istədikdə qarşımı kəsdi, geriyə mətbəxə qayıtdıqda ayağım ilişdi, başım tumbaya dəydi. Mehriban dedi ki, qoymaram uşaqları analizə aparasan, ölməmişdən əvvəl bil, Aslan və Hikmət sənin oğlun deyil. Sonra bıçaqla sinə nahiyəmə zərbə endirdi. Bıçaq sinəmdə qaldı. Özümü qorumaq üçün mən də onu vurdum. Mehriban yıxıldı, bıçağı tulladı. Sonradan özüm də yıxıldım, ayılanda gördüm ki, xəstəxanadayam".

11 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazim Ağayev apelyasiya şikayəti verib.

Nazim Ağayev cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayəti hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə araşdırıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırıb və sonda qərar elan edib.

Qərara görə, Nazim Ağayevin şikayəti təmin edilməyib./Publika.az
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO