Paytaxtda film kimi qəza - 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu
Hadise
Oxunub: 677
24 iy 2017 | 13:27
Paytaxtda film kimi qəza - 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu















İyulun 23-də, gecə saat 22:35 radələrində aeroport yolunda dəhşətli qəza baş verib.

"Komsomol dairəsi" kimi tanınan ərazinin yaxınlığında 6 avtomobil toqquşub. Hadisə zamanı avtomobillərə xeyli ziyan dəyib, bir neçə yaralı var. Qəzaya ilk səbəb olan "Land Cruiser" markalı avtomobil sağ tərəf üstə aşaraq asfalt üzərində təxminən 100 metr sürünüb.

Qəzaya düşən "Hyundai" markalı, 99 BE 444 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Orxan Cəfərov Avtosfer.az-a bildirib ki, hadisənin baş verməsinə tamam başqa bir avtomobil səbəb olub və qəzadan sonra həmin avtomobilin sürücüsü olay yerindən qaçıb: "Mən saatda 100 km sürətlə gedirdim. Arxadan "BMW" 760 markalı, 10 RG 005 dövlət nömrə nişanlı avtomobil "miqat" eləyib, amma mən görməmişəm. Sonra qabağıma keçdi, yolumu kəsdi və 120-lik yolda sürəti saldı 0-a. Sürücü düşüb mənə deyir ki, keç o biri zolaqla sür, yoxsa səni yellədərəm. Elə bil adam qaçırdır, "naqlıy" kəsdi yolumu. 1-2 dəqiqə danışdı. Dedim ki, maşını çək, pis yerdə dayanmışıq. Amma oturdu maşına, sürmədi. 10-15 saniyə sonra arxadan yüksək sürətlə gələn "Land Cruiser" markalı maşın mənim maşınıma dəydi. Mənim maşınımla dərmir arakəsmənin arasından keçib aşdı və təxminən 100 metr süründü. Qəzaya görə bir taksi yavaşladı, onu da arxadan bir "Mercedes" vurdu. Sonra da bir başqa maşın "Nissan"ı vurdu. Bir neçə nəfər yaralandı. Maşınlara çoz ziyan dəydi".

Orxan Cəfərov deyir ki, hadisə təhlükəsizlik kamerasının altında baş verib. O, ümid edir ki, görüntülərə baxandan sonra 005 nömrəli avtomobilin qəzaya səbəb olduğu üzə çıxacaq.
Qeyd edək ki, hadisə baş verən kimi "BMW" markalı, 10 RG 005 döbvlət nömrə nişanlı avtomobil oradan uzaqlaşıb.

///avtosfer.az
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO