Piyadanı öldürən “AA” seriyalı avtomobil sahibinin qanunsuz əməli ortaya çıxdı
Hadise
Oxunub: 632
8 avq 2017 | 10:50
Piyadanı öldürən “AA” seriyalı avtomobil sahibinin qanunsuz əməli ortaya çıxdı














Xəbər verdiyimiz kimi, bazar günü Bakıda ağır yol qəzası baş verib. Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı “Lexus” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Avtosfer.az xəbər verir ki, avtomobil yüksək sürətlə hərəkət edirmiş.

Məlum olub ki, 90 AA 159 dövlət nömrə nişanı “VAZ” markalı avtomobilə məxsus olub. Bu nömrə DYP-nin mərkəzi məlumat sistemində “Belrustroy” MMC-yə məxsus “VAZ” markalı avtomobilin üzərində qeydə alınıb. Lakin “Lexus”un sahibi qanunsuz olaraq başqa nəqliyyat vasitəsinə məxsus nömrə ilə sürət həddini aşarkən piyadanı vurub öldürüb.

Qeyd edək ki, bəzi imkanlı şəxslər avtomobilinə “AA” seriyalı nömrə almaq üçün daimi fəaliyyəti olmayan şirkət yaradırlar. Çünki DYP “AA” seriyalı nömrələri yalnız hüquqi şəxslərə verir. Nömrəni əldə etdikdən sonra onu bəzən bir neçə avtomobilin üzərinə bağlayıb sürürlər. Bəzən isə üzərində “AA” seriyalı nömrə olan ucuz avtomobilləri nömrə qarışıq alaraq sonradan həmin nömrədən öz məqsədləri üçün istifadə edirlər.

İstifadə olunmayan “VAZ”-a məxsus avtomobil nömrəsindən istifadə edir, qaydaları pozur, elektron protokollar – MMX-lar da “VAZ”-a tətbiq olunur. Lakin bu cərimələr illərlə ödənilmir. Yol polisi də həmin cərimələri ödətdirmək üçün avtomobilin özünü saxlamalıdır. Lakin avtomobil sürülmədiyi üçün onu tapmaq mümkün olmur. Beləcə, hər il belə işbazlara görə yüzlərlə cərimə ödənilmir. Və bu cür əməllərə əl atanlara elə gəlir ki, “AA” seriyalı nömrə ilə qəzaya düşmək olmur, qaydaları da tapdalamaq olar. Amma qəza qaçılmazdır. Necə ki, 90 AA 159-u idarə edən sürücü belə bir halla üzləşib.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ