“Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi” - Doğuşda ölən ananın bacısından sərt ittihamlar
Hadise
Oxunub: 541
8 avq 2017 | 14:59
“Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi” - Doğuşda ölən ananın bacısından sərt ittihamlar













Bir müddət əvvəl Sumqayıt şəhər 2 nömrəli Doğum Evində Gülsüm Əliyevanın doğuş zamanı ölməsinin bəzi ilginc məqamları üzə çıxıb

Mərhumun bacısı Mövlanə Nəsirova BakuPost.az-la əlaqə saxlayaraq, bacısının ölümündən sonra sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlara aydınlıq gətirib. O, G. Əliyevanın 3-cü uşağını guya, oğlan olduğu üçün dünyaya gətirmək istədiyini deyənlərə cavab verib: "Bacımın 2 övladı var. Biri qızdır, o biri oğlan. Yəni Gülsümün həyatını riskə ataraq, oğlan üçün bu addımı deyənlər səhv edirlər. Düzdür, biz hamımız ailəlikcə ona 3-cü uşağı dünyaya gətirməməsini məsləhət gördük. O qədər doğuş zamanı ölüm hadisəsi eşidirdik ki, qorxurduq. Amma bacım uşaqlara həvəsliydi. Xoşu gəlirdi ki, çoxlu övladı olsun. Ona görə üstünə nə qədər getsək də, yenə fikrindən daşınmadı”.

M. Nəsirovanın sözlərinə görə, G. Əliyeva digər 2 övladını da təbii doğuşla dünyaya gətirib: "Əvvəlki uşaqlar sağ-salamat olublar. Onların həkimləri başqaları idi. Heç bir problem də olmamışdı”.

O, bacısının ölümündə doğuşu həyata keçirən həkim Nazilə Abdullayevanı günahlandırır: "Ayın 11-də doğuşa girdi. Biz də xəstəxanada gözləyirdik. Birdən həkim gəldi ki, doğuş bitib və pulunu istədi. Sən demə, bacımın uşaqlığını zədələyibmiş. Həkimlər deyir ki, belə olan halda uşaqlıq çıxarılmalıdır. Amma Nazilə Abdullayeva bunu etmədən, tikiş atıb, qaçıb gəlib pulunu istəməyə. Bacımın həyatını 5-3 manata dəyişdi.

O, aşağı düşdükdən sonra Gülsümdə qanaxma başlayıb. 20 dəqiqə qanaxma olub. Bacıma heç bir qan köçürülmədən təzədən əməliyyata salıb, uşaqlığını çıxarıblar. O da komaya düşüb. Koma vəziyyətində Məhəmməd həkim müdaxilə edib. O, ürəyinə iynə vurub, təzədən ürəyi hərəkətə gətirib, amma komadan çıxmamışdı. Elə 2 gün çəkdi sevincimiz”.

Gülsüm Əliyevanın bacısının sözlərinə görə, N. Abdullayeva həmin gün xəstəxanadan qaçıb: "Nazilə həkim həmin gün xəstəxanadan qaçdı. Tapa bilmədik. Bir neçə gün sonra Nazilə Abdullayevanın qohumları gəldi bizə. Atamla danışdılar. Atam da çox humanist adamdır. Şikayətçi olmayacığımı dedi. O, işin uzanmasını istəmir. İstəmir ki, bacımın nəşini qəbirdən çıxarıb təzədən ekspertizaya salsınlar. Ona görə N. Abdullayevadan şikayət verə bilmirik. Amma anamın gözünün yaşı qurumur. Orda da 3 balası yetim qalıb. Ailəmiz darmadağındır bu hadisədən sonra. 1 zərrə qədər də sakitlik tapa bilmirik”.

Mərhumun bacısı bildirib ki, həmin həkimin işdən çıxarılsa da, məsuliyyətə cəlb edilməyib: "Bacımın ölümünün səbəbi həkim səhlənkarlığıdır. Bunu hər kəs bilir. Bizə verilən məlumata görə, Nazilə Abdullayeva işdən çıxarılıb. Bu da göstərir ki, xəstəxana rəhbərliyi onun səhvini bağışlamayıb. Amma bəs prokurorluq nə edib? O, onsuz da pensiyaya çıxmalı idi. İşdən çıxarılmasının onun üçün bir fərqi yoxdur. Lakin bir yerdən də deyiblər ki, o, Amerikadadır. Məzuniyyətə çıxıb və ABŞ-a gedib. Deyirlər, cinayət işi açılıb. Əgər elədirsə, necə çıxıb ölkədən? Bacımın qanı yerdə qalıb”.

Bəs ailə şikayətçi olmazsa, həkim məsuliyyətdən yayına biləcəkmi?

Bununla bağlı BakuPost.az-a açıqlama verən vəkil Fariz Namazov bildirib ki, şikayət olmasa belə, ortada ölüm faktı olduğundan müvafiq araşdırma aparılır: "Müvafiq araşdırma aparılmalıdır. Ekspertiza keçirilməlidir. Müəyyən olunsa ki, ana ölümündə həkim səhlənkarlığı faktı var, o zaman həkim məsuliyyətə cəlb edilə bilər. Ana ölümünün nədən olduğunu dəqiqləşdirmək lazımdır. Bəlkə daxili qanaxma olub və ana ondan ölüb. Həlledici məqam ekspert rəyidir.

Həkimin ölümdə rolu olduğu təsdiqlənsə, səhlənkarlığa görə 314-cü maddəylə cinayət işi açıla bilər. Bu halda həmin şəxsə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ehtiyatsızlıqdan adam öldürmə də ola bilər, bununla da 3 ilə qədər cəza nəzərdə tutulub. Şikayət olunmasa belə cinayət işi açılır. Sadəcə yekunda şikayətin olub-olmaması qərara təsir edir”.

Xatırladaq ki, Gülsüm Əliyeva iyulun 13-də Sumqayıt şəhər 2 nömrəli Doğum Evində vəfat edib. Doğum evinin həkimi Nazilə Abdullayevanın apardığı doğuş zamanı uşaq sağ qalsa da, ananın vəziyyəti pisləşib və Əliyeva Gülsüm Ramil qızı həyatını itirib. 1988-ci il təvəllüdlü Gülsüm Əliyeva Qubadlı rayonu Mahruzlu kənd məktəbində kimya müəllimi işləyirmiş.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb. (Azxeber.com)
“Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi” - Doğuşda ölən ananın bacısından sərt ittihamlar“Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi” - Doğuşda ölən ananın bacısından sərt ittihamlar“Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi” - Doğuşda ölən ananın bacısından sərt ittihamlar“Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi” - Doğuşda ölən ananın bacısından sərt ittihamlar“Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi” - Doğuşda ölən ananın bacısından sərt ittihamlar
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?