Toyu yasa dönən məmur oğlu - Ağdaşdakı qətllə bağlı TƏFƏRRÜATLAR
Hadise
Oxunub: 531
16 avq 2017 | 12:45
Toyu yasa dönən məmur oğlu - Ağdaşdakı qətllə bağlı TƏFƏRRÜATLAR













Dünən gecə Ağdaş rayonunun Qəribli kəndində qanlı hadisə baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Sahib Baris oğlu Həsənovu bıçaqlayıb. Sahib qanaxma nəticəsində həyatını itirib.

Ağdaş rayonunda baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Kənd icra nümayəndəsi Nicat İsmayılov Yenicag.az-a açıqlamasında hadisə ilə bağlı ətraflı məlumat verib:

“Sahiblə Cabir qonşu olublar, əvvəllər də aralarında heç bir münaqişə, düşmənçilik olmayıb. Dünən bizim icra nümayəndəliyində çalışan işçimizin övladının toyu idi. Mən də, Sahib, Cabir və Sahibin atası da elə o toyda idik. Biz gündüz saat 1-də Sahibin atasıyla toydan çıxdıq. Kənddə də toy saat 8-də başa çatır axı. Toydan sonra kəndin uşaqları, o cümlədən də Sahiblə Cabir mağardan çıxıb, məhəllədə yığışıblar. Bu məqamda Cabirlə Sahib mübahisə edib. Cabir içkili olub. Mübahisə vaxtı cibindən bıçaq çıxararaq, Sahibi ayağından vurub. Ətrafdakı uşaqlar hay-küy salıblar, atasına xəbər veriblər. O məqamda da Sahibi qan aparıb, xəstəxanaya aparanda da gec olub. Elə xəstəxanaya çatanda keçinib. Necə özlərini itiriblərsə, onu yaxınlıqdakı Yevlax xəstəxanasına deyil, Ağdaşa aparıblar”.

N. İsmayılovun dediyinə görə, 22 yaşlı Sahib iki bacının bir qardaşı imiş. Nişanlı olan Sahibə atası gələn ay toy edəcəkmiş.

Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR