Bakıdakı ərəb tursitlərindən şok açıqlamalar: “Adi bir söz soruşmaq 5 manatdır”
Hadise
Oxunub: 547
17 avq 2017 | 10:13
Bakıdakı ərəb tursitlərindən şok açıqlamalar: “Adi bir söz soruşmaq 5 manatdır”













Son illərdə ölkməizə çoxlu sayda ərəb turisləri gəlir. Statistik məlumata görə təkcə bu ilin birinci yarısında 44 mindən çox ərəb turisti ölkəmizi ziyarət edib. Onların arasında BƏƏ, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindən gələn turistlərdir. Digər xalqların turistləri kimi ərəblər də təkcə paytaxt Bakıya deyil, Qəbələ, İsmayıllı, Oğuz və digər bölgələrə də səfər edirlər. Aparılan müşahidələr onu göstərir ki, mövsümlə əlaqədar olaraq turistlər daha çox bu bölgələri seçirlər.

Lakin bu bir faktdır ki, ölkəmizə ərəb turistinin axını bəziləri tərəfindən heç də birmənalı qarşılanmır. Məsələn, ərəblərin Bakıda ən çox üz tutduğu məkanlardan biri olan Fəvvarələr Meydanında onların insan alveri ilə məşğul olduqları haqda məlumatlar yayılmaqdadır. Bu haqda artıq sosial şəbəkələrdə deyil, mətbuatda da kifayət qədər video görüntülər, məlumatlar yer alıb. “Qədim peşə sahibləri”nin ərəb turistləri ilə sövdələşmələrini, danışqlarını əks etdirən görüntülər geniş müzakirə mövzusuna çevrilməkdədir.

Lakin ekspertlər qeyd edir ki, ictimaiyyət digər xalqların turistlərinə tolerant yanaşdığı kimi, ərəblərə də o cür münasibət bəsləməlidir. Təkcə ərəb deyil, ölkəmizə gələn başqa xalqların da tursitlərinə düşüncəmiz, milli-mentalitetimizlə bağlı məlumatlar verilməli, maarifləndirilməlidirlər.

Maraqlıdır, bəs ərəb turistlərinin ölkəmizin düşüncəsi, milli-mentaliteti, adət-ənənələri haqqında məlumatları varmı? Ölkəmizdə ərəbləri daha çox nələr cəlb edir?

Sualımıza cavab tapmaq üçün ərəblərlə daha çox rastlaşdığımız Fəvvarələr Meydanına üz tutduq.

BƏƏ-dən olan Həmidin sözlərinə görə Azərbaycana ilk dəfədir gəlir və ölkəmizin adət-ənənləri haqqında heç bir məlumatı yoxdur:

“Ölkənizə ilk dəfədir gəlirəm. Bakı çox gözəl şəhərdir. Burada daha çox restoran və kafelər xoşuma gəldi. Azərbaycan haqqında öz ölkəmdə dostlarımdan eşitmişdim. Burada bahalıq olduğunu deyə bilmərəm. Gün ərzində təxminən 300-400 manat xərcimiz çıxır”.

Həmidlə birgə Bakıya gələn dostu Mansurun gileyi isə bizi təəccübləndirdi:

“Daha çox İsmayıllını bəyəndik. Lakin orada adi bir söz soruşmaq üçün bizdən 3-5 manat pul istəyirdilər. Sanki hər şey pulladır. Bircə bəyənmədiyimiz bu oldu”.

Dostların bələdçisinin sözlərinə görə əvvəl Qəbələdə bu cür hallara tez-tez rast gəlinsə də, artıq bu problem aradan qaldırılıb. Lakin İsmayıllı rayonunda isə ərəblərdən pul almaq adiləşib: “Bu dostlar İsmayıllıda incik qaldılar. İnanırıq ki, adı çəkilən rayonda da bu cür neqativ hallar aradan qaldırılacaq. Çünki əgər turist ölkəsi olmaq istəyiriksə, qonaqları incidən neqativ hallara son qoyulmalıdır”. Bələdçinin sözlərinə görə ərəblər ölkəmizdən daha çox zəfəran, paxlava, çay alıb öz ölkələrinə aparırlar: “Bu həm də yaşla bağlı seçimdir. Məsələn, gənclər daha çox paytaxtı gəzməyə, yaşlılar isə təbiət qoynunda dincəlməyə üstünlük verirlər. Ərəb gəncləri ətir, saat almağı, yaşlılar isə xanımları üçün yaylılqlar, uşaqları üçün isə bizim milli geyimlərimizi almağı sevir”.

Bağdad şəhərindən olan Qasım isə uzun müddət ölkəmizdə yaşadığından Azərbaycan dilində sərbəst danışmağı bacarır. Buna görə müsahibimizlə söhbət etməkdə çətinlik çəkmədik. O, paytaxtın mərkəzində baş verən neqativ hallar haqqında maraqlı açıqlamalar verdi: “Neçə ildir ki, Azərbaycana gəlib-gedirəm. Üstəlik İraqda 3 milyondan çox azərbaycanlı (Kərkükdəki soydaşlarımızı nəzərdə tutur-red.) yaşayır. Buna görə də dilinizi yaxşı bilirəm. Şəhəriniz çox gözəldir, bölgələrini də çox sevirəm. Fəvvarələr Meydanında bir müddət neqativ hallar mövcud idi. Bəzi əxlaqsızlar yaxınlaşıb təkidlə öz mobil nömrələrini verməyə çalışırdılar. Təbii ki, bu da kənardan xoş təsir bağışlamırdı. Bir məqamı da qeyd edim ki, bura gələn ərəblərin böyük əksəriyyəti öz ailələri ilə gəlir və bu cür halları heç də xoş qarşılamırlar. Lakin 10-15 gündür ki, mərkəzi küçələr nəzarətə götürülüb, qeyd etdiyim o cür neqativ hallar aradan qaldırılıb”.

Bağdadlı Əhməd və Əli də digər soydaşları kimi Bakını çox sevdiklərini dedilər: “Millətiniz çox yaxşıdır, hər yer təmiz və səliqəlidir. İlk dəfədir ki, Azərbaycandayıq. Lakin ölkənizin milli adət-ənənləri haqqında heç bir məlumatımız yoxdur”.

BƏƏ-dən olan digər ərəb tursit Həmid də ailəsi ilə birgə ölkəmizə təşrif buyurub. Əcnəbinin sözlərinə görə Bakını bəyənsə də, daha çox Qəbələdən olmaqdan zövq alıb:

“Bakı bizim yaşadığımız yerə oxşayır. Buna görə də fərqli bir şey görmədim. Lakin Qəbələ öz yaşıllıqları, təbiəti ilə məni özünə məftun etdi”.

Bu arada Həmidin həyat yoldaşı ilə də söhbətləşmək imkanı əldə edirik. Onun sözlərinə görə BƏƏ-də 4 arvadlıq adi haldır:

“Doğrudur, bizim qanunda 4 arvad almaq mümkündür. Lakin əksər kişilər bir arvadla kifayətlənir. Mən də ərimin yeganə arvadıyam”.

Ailənin kiçik qızı isə bizimlə çox səlist şəkildə Türkiyə türkcəsində danışaraq öz təəssüratlarını bölüşdü. Onun sözlərinə görə Türkiyə televiziyalarını, seriallarını yaxından izlədiyi üçün bu dili mükəmməl öyrənə bilib.

Omandan olan Xalid də pul məsələsi ilə bağlı neqativ hallarla rastlaşdığını dedi: “Kimdən nə soruşuruqsa bizdən pul istəyir. Ölkəniz haqqında dostlarımızdan eşitmişik. Buna görə də bir neçə dost yığışaraq Azərbaycana gəlmişik”.

Xalidin digər yerlisi və adaşı Xalid isə paytaxtın çox isti olmasından gileyləndi:

“Öz ölkəmizdə biz hamımız polis işləyirik. Bu il istirahət üçün Bakıya üz tutduq. Qəbələni də ziyarət etmişik və çox məmnun qalmışıq”.

Dubaydan gələn, şeyx ailəsindən olan Homeyni isə qeyd etdi ki, dil baxımından ölkəmizdə çətinlik çəkir:

“8 nəfər ailə üzvü ilə Bakıya gəlmişik. Gün ərzində təxminən adambaşına 100 manat pul xərcləyirik. Valtyuta problemimiz olmur, çünki qaldığımız otellərdə valyuta dəyişmə məntəqələri var və bu bizim işimizi asanlaşdırır. Bakıda dil problemi yaşayıram. Çünki burada ingilis dilində danışanların sayı çox azdır”.

Bakıdakı ərəb tursitlərindən şok açıqlamalar – “Adi bir söz soruşmaq 5 manatdır”(bizimyol.info)
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub