Sizin ərazidə sahibsiz itlər varsa, bu nömrəyə zəng edin!
Hadise
Oxunub: 585
19 avq 2017 | 10:22
Sizin ərazidə sahibsiz itlər varsa, bu nömrəyə zəng edin!













Bakıda bu ilin sonuna kimi bütün sahibsiz itlər zərərsizləşdiriləcək. Artıq işlərə də başlanılıb. Sumqayıtda isə 50-yə yaxın sahibsiz it zibilpoliqonun yaxınlığında onlar üçün ayrılan yerə aparılıb. Məqsəd heyvanlar arasında quduzluq halının artmasının qarşısını almaqdır.

Sumqayıtda 5 yaşlı uşağın sahibsiz itin dişləməsi nəticəsində ölməsi əlaqədar qurumları hərəkətə keçirib.

"XəzərXəbər” xəbər verir ki, ilk olaraq Sumqayıtda sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işlərinə başlanılıb. Sumqayıt şəhər Təmizlik departamentindən bildirildi ki, şəhərin bütün istiqamətlərindən yığılan küçə itləri Sumqayıtdan 15 kilometr uzaqda yerləşən şəhər poliqonuna daşınır.

Xüsusilə 10-cu mikrorayon ərazisində 50-yə yaxın sahibsiz it şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılıb. Sumqayıt Şəhər Təmizlik Departamentinin baş direktoru Məhəmməd Məmmədovun sözlərinə görə, həmin itlərdə quduzluq əlaməti olarsa, ciddi tədbirlər görüləcək. Qurumdan bildiriblər ki istənilən halda itlərin öldürülməsindən söhbət gedə bilməz. Atılacaq addımlar, sadəcə, onların çoxalmasının qarşısının alınması ilə bağlı olacaq.

Apardığımz müşahidələr göstərdi ki sahibsiz itlərlə bağlı vəziyyət heç paytaxtda da fərqli deyil. Belə ki, paytaxtın bir çox yerlərində, hətta parklarda da çoxlu sayda sahibsiz itlərə rast gəlinir.

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov mətbuata verdiyi açıqlamada bildirib ki, ilin sonuna kimi bütün sahibsiz itlər zərərsiz hala gətiriləcək.

Hazırda bu istiqamətdə işlər görülür. İdarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır.

Sahə rəisi həmçinin bildirib ki, "İDEA təşkilatı tərəfindən sahibsiz itlərin yoxlanılması üçün Ukraynadan baytar həkimlər dəvət edilib. Bununla yanaşı, hər bir vətəndaş itlərin götürülməsi ilə bağlı günün 24 saatı ərzində 012 565 09 26 /27 nömrəsi ilə əlaqə saxlaya bilər".
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO