15 manatlıq pivə içib, 5 manat “şot” verən şəxsi dostları niyə öldürüb? — Qətlin təfərrüatları
Hadise
Oxunub: 501
4 sen 2017 | 16:10
15 manatlıq pivə içib, 5 manat “şot” verən şəxsi dostları niyə öldürüb? — Qətlin təfərrüatları















Bakıda içki məclisi ölümlə nəticələnib.

Hadisə kafelərin birində pivə içən dostlar arasında baş verib.

4 nəfər dost birlikdə içki içiblər. Amma hesabı ödəmək lazım olanda aralarında mübahisə yaranıb. Mübahisə onlardan birinin ölümünə üçünün isə həbsə düşməsinə səbəb olub. Həbs edilən üç dostdan ikisi qətldə və quldurluqda, biri isə yalnız quldurluqda təqsirli bilinir.

Qətl hadisəsinin təfərrüatları…

İttihama görə, 6 sentyabr 2015-ci il tarixdə, saat 22 radələrində 4 dost- Nizami İmayılov, Vüsal Qədiyev, Vüsal Mirzəyev və Xanlar Nadirov "Avtomobil Yollarının Ekologiyası” MMC-nin yaxınlığındakı kafelərdən birində pivə içiblər.

Hər biri 12-15 bakal içdikdən sonra hesabı ödəmək vaxtı çatanda mübahisələri düşüb. Belə ki, hər biri 15 manat ödəməli olduğu halda Xanlar Nadirov 5 manat verib.

Onlar gecə saat 3 radələrində kafedən çıxaraq Sulutəpə qəsəbəsi ərazisində yol kənarı ilə getməyə başlayıblar. Vüqar Qədiyev digər iki şəxsə təklif edib ki, Xanlar Nadirovun pulunu zorla əlindən alsınlar.

Onlar razılşaraq X.Nadirovu meşəlik- tinglik sahəyə salıblar. Ona əvvəlcə sillə, yumruq və təpiklə zərbələr vurublar. Sonra isə armaturla başına bir neçə zərbə endiriblər. Həmçinin əynindəki köynəyini və şalvarını da zorla dartıb cıraraq əynindən çıxarıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2017-ci il tarixli hökmü ilə 1982-ci il təvəllüdlü Nizami İsmayılov quldurluqda təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum edilib.

Vüsal Qədiyev və Vüsal Mirzəyev qətldə və quldurluqda təqsirli bilinib hərəsi 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həbs edilmiş 3 nəfərdən biri olan Nizami İsmayılov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb. O, işinə apellyasiya qaydasında yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

N.İsmayılovun vəkili şikayəti bununla əsaslandırıb ki, istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələrdə Nizami İsmayılovun qabaqcadan əlbir olaraq qrup şəklində quldurluq etməsi faktı öz təsdiqini tapmır.

Müdafiəçi bildirib ki, Nizami İsmayılov təqsirləndirilən digər şəxs Vüsal Qədiyevlə mərhum Xanlar Nadirov arasında kafedə mübahisə baş verərkən barışdırıcı mövqe tutub: "Müdafiə etdiyim şəxs Xanlar Nadirovun ödəmədiyi 10 manatı cibindən verib ki, mübahisə yaranmasın. Daha sonra Xanlar Nadirovun döyüldüyünü görərkən onları aralaşdırmağa çalışıb. Nizami zərərcəkmiş şəxsə yardım məqsədilə cırılmış paltarlarını dəyişmək üçün kirayədə qaldığı evə paltar dalınca gedib. Nizami gəncdir, himayəsində iki azyaşlı uşağı var. Əvvəl məhkumluğu olmayıb”.

Cinayət işi materiallarından və həbs edilən digər şəxslərin ifadələrindən məlum olub ki, V.Qədiyev mərhumu vuran zaman N.İsmayılov onu itələyib, dəmir parçası ilə onu döyməsinə mane olub. "Vurmayın öləcək” deyərək tərəfləri sakitləşdirməyə çalışıb. O da məlum olub ki, N.İsmayılov mərhumu xəstəxanaya aparmağı təklif edib, bunun üçün də evə gedərək yeni paltarlar gətirib. Ancaq hadisə yerinə qayıdanda artıq Vüsal ilə Vüqar Xanlara ağır xəsarətlər yetirərək onu qətlə yetirdiklərini görüb.

Bu zaman V.Qədiyev Nizami İsmayılovu hədələyərək hadisə barədə heç kimə məlumat verməməyi deyib. N.İsmayılov da qorxduğu üçün polisə xəbər verməyib.

Məhkəmə kollegiyası qeyd olunanlara araşdırdıqdan sonra belə qənaətə gəlib ki, Nizami İsmayılovun niyyəti zərərçəkmiş şəxsi öldürmək olmayıb. Onun qətl törətmək kimi məqsədinin olmasını təsdiq edən heç bir sübut cinayət işinin materiallarında aşkar edilməyib.

Apellyasiya məhkəməsi prokurorun da vəsatətini müzakirə edib. Məhkəmə qənaətə gəlib ki, N.İsmayılovun qətl törətmək kimi niyyəti olmayıb və birinci instansiya məhkəməsinin qərarı doğrudur. Bu səbəbdən də prokurorun N.İsmayılovun da qətldə iştirak etməsi ilə bağlı verdiyi vəsatət əsassız sayılaraq rədd edilib.

Məhkəmənin qərarına əsasən N.İsmayılova Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham sübuta yetirilmədiyi üçün ona bu maddə üzrə bəraət verilib. Quldurluq əməlinə görə verilən 11 illik həbs cəzası isə 10 ilə endirilib.
///Musavat.Com
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO