Oğluna toy etmək istəyən anadan ağlasığmaz hərəkət: yad kişi ilə sevişdi, sonra...
Hadise
Oxunub: 464
13 okt 2017 | 16:47
Oğluna toy etmək istəyən anadan ağlasığmaz hərəkət: yad kişi ilə sevişdi, sonra...











Dələduzluqda ittiham olunan Astara rayon Şiyəkəran kəndində anadan olmuş 1972-ci il təvəllüdlü Fəxriyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Fəxriyyə Hüseynova özgə əmlakını ələ keçirmək niyyətilə 1 oktyabr 2015-ci il tarixdə, saat 10.00-da Qazax şəhər H.Əliyev prospektində yerləşən qızıl satışı mağazasına gəlib.

O, yaxın vaxtlarda toy edəcəyini, bu məqsədlə aldığı qızıl zinət əşyalarını evə apararaq ərinə göstərdikdən sonra pulunu gətirəcəyini mağaza sahibi Oktay Kazımova deyib.

Dələduzluq

Fəxriyyə Hüseynova Oktay Kazımovu inandıraraq etibarını qazanıb və bir ədəd 13,6 qram çəkidə 550 manat dəyərində qızıl sırqa-üzük, bir ədəd 15 qram çəkidə 550 manat dəyərində briliyant qaşlı klonu ilə birlikdə qızıl boyunbağı, bir ədəd 3 qram çəkidə 150 manat dəyərində qızıl kişi üzük, bir ədəd 10 qram çəkidə 500 manat dəyərində qızıl boyunbağı götürüb.

Oktay Kazımovun sonradan etdiyi müraciətlərə baxmayaraq Fəxriyyə Hüseynova aldığı qızılların pulunun verilməsindən imtina edib və aldatma yolu ilə onun 1750 manat dəyərində əmlakını ələ keçirib.

Satıcını necə inandırdı?

Bundan başqa Fəxriyyə Hüseynova həmin ilin oktyabrın 1-də saat 11.00-da Qazax şəhər Heydər Əliyev prospektində yerləşən qızıl satışı mağazasına gələrək yenə də eyni rolu oynayıb. O, yaxın vaxtlarda toy edəcəyini, bu məqsədlə aldığı qızıl zinət əşyalarını evə apararaq ərinə göstərdikdən sonra pulunu gətirəcəyini mağazada satıcı işləyən Minayə Məmmədovaya bildirib. O, Minayə Məmmədovanın inandıraraq etibarını qazanıb.

Fəxriyyə Hüseynova mağazanın satıcısından bir ədəd 45 qram çəkidə 1450 manat dəyərində qızıl boyunbağı və bir ədəd 10 qram çəkidə 550 manat dəyərində qızıl qolbağı götürərək gedib. O, satıcının müraciətlərinə baxmayaraq apardığı qızılları geri qaytarmayıb. Bu yolla Minayə Məmmədovaya 2000 manat dəyərində ziyan vurub.

Qeyri-rəsmi yaşadığı kişini qarət etdi

6 oktyabr 2015-ci il tarixdə, saat 09.00-da Fəxriyyə Hüseynova qeyri-rəsmi nikah münasibətində olduğu Qazax rayon Canallı kəndində yaşayan Nazim Hüseynovun evində yaşadığı müddətdə ona qarşı da dələduzluq edib. O, Nazim Hüseynovun mülkiyyətində olan üç ədəd hər biri 10 qram çəkidə, ümumi dəyəri 600 manat olan qızıl üzük, bir ədəd 200 manat dəyərində "Kreker" markalı avtomobil yuyan aparat və bir ədəd 100 manat dəyərində "Soni" markalı fotoaparatı götürüb. O, Bununla da Fəxriyyə Hüseynova qeyri-rəsmi yaşadığı Nazim Hüseynovun 900 manat dəyərində əmlakını ələ keçirib. Fəxriyyə Hüseynova zərərçəkmişlərin şikayətindən sonra həbs edilib.

Üç maddəli cinayət işi və cəza

Fəxriyyə Hüseynova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrilə ittiham olunub.

Qazax rayon Məhkəməsinin hökmü ilə Fəxriyyə Hüseynova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fəxriyyə Hüseynova apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Bayramovun sədrlik etdiyi prosesdə araşdırılıb.

"Heç kimə qarşı dələduzluq etməmişəm"

Fəxriyyə Hüseynova apelyasiya şikayətində göstərib ki, heç kəsi aldatmaq fikri olmayıb və heç kimə qarşı dələduzluq etmyib: "Qızılları götürməkdə məqsədim həqiqətən oğluma toy etmək olub. Lakin sonradan oğlumun xəstəliyinə görə əldə etdiyim pulları onun müalicəsinə xərcləmişəm. Zərərçəkmişlərdən Oktay Kazımov və Nazim Hüseynov mənə qarşı şikayətçi deyillər. Məhkəmə işin bu hallarını nəzərə almayıb. Hazırda oğluma baxan yoxdur. Barəmdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini istəyirəm. Baş verənlərdən peşmanam, həbsdən azad olunaramsa, zərərçəkənlərlə razılıq əldə edəcəm. Onlara dəymiş ziyanı ödəyəcəm. Vəziyyətimin yüngülləşdirilməsini, barəmdə şərti cəza təyin edilməsini xahiş edirəm".

Dövlət ittihamçısı Qalib Rizvanov müdafiə tərəfinin apelyasiya şikayəti ilə razılaşmayıb. O, qeyd edib ki, Fəxriyyə Hüseynovanın apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

Dövlət ittihamçısı qeyd edib ki, Fəxriyyə Hüseynovanın ona qarşı irəli sürülən digər ittihamlarla nəzərdə tutulan əməlləri törətməsi sübut olunub: "Onun təqsirli olması özünün ifadələri ilə yanaşı, həmçinin istintaq orqanının topladığı çoxsaylı sübutların məcmusu ilə tamamilə təsdiqini tapıb. Təyin edilən cəza işin hallarına, əməlin ictimai təhlükəliliyinə, məhkumun şəxsiyyətinə tam uyğundur".

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Fəxriyyə Hüseynovanın apelyasiya şikayəti təmin olunmayıb. Amma ona təyin edilmiş hökm dəyişdirilib.

Yeni hökmə əsasən, Fəxriyyə Hüseynovanın barəsində olan Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə itttihama xitam verilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

///Publika.az
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO