Məktəbli qıza hücum edən şəxs: Mənə cəmi 1-2 manat lazım idi
Hadise
Oxunub: 456
28 okt 2017 | 17:45
Məktəbli qıza hücum edən şəxs: Mənə cəmi 1-2 manat lazım idi












Bakı Ağır Cinayətlər Məhkəməsində 29 yaşlı Lənkəran şəhər sakini Mirzə Vahabovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Azerinfo.az-ın yerli KİV-ə istinadən xəbərinə görə, prosesə hakim İradə Həsənzadə sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Mirzə Vahabov bu ilin aprel ayının 17-də Bakının Mərdəkan qəsəbəsində yetkinlik yaşına çatmayan Ə.M.-nın məktəbli çantasını əlindən almağa cəhd edib. Məktəbli qızın qışqırdığını görən kimi M.Vahabov hadisə yerindən qaçıb.

O, eyni əməli iki gün sonra başqa bir azyaşlı məktəbliyə qarşı da törədib. Qəflətən çantasının kürəyindən açıldığını hiss edən A.İ. səs-küy salan kimi M.Vahabov dərhal oradan uzaqlaşıb.

Hadisədən üç gün sonra M.Vahabov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 180-cı maddəsi ittiham irəli sürülüb və 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən M.Vahabov istintaqa verdiyi ifadəsində oğurluqda və soyğunçuluqda ittiham olunduğuna görə 6 il azadlıqdan məhrum edildiyini, 2010-cu ildə həbsdən çıxdığını deyib. Həbsdən sonra bir müddət paytaxtda fəhləliklə məşğul olub. Sonradan işləmək üçün Rusiyaya yollanıb. Amma orada da çox qalmayıb, geri qayıdıb. Azərbaycana döndükdən bir həftə sonra isə yeni cinayətə "imza” atıb.

Mərdəkandakı fəhlə bazarında iş tapa bilmədiyini deyən M.Vahabov gecələri sanatoriyanın həyətində - oturacaqlarda keçirib. Üç gün ac qalıb, bazardakı fəhlələrdən borc pul istəyib, ona pul verən tapılmayıb. Bu dəfə pul istəmək niyyəti ilə qaynanası Səadətin işlədiyi təndirxanaya yollanıb. Qadın isə kürəkəninə nə pul, nə də çörək verib. Yenidən fəhlə bazarına üz tutan M.Vahabov "pirojki” almaq üçün fəhlələrdən birindən pul istəyib:

"Cibində iki-üç manat pul olduğunu, "pirojki” alıb yeyəcəyini dedi. Birlikdə yeməyi təklif etdi. "Günəşli” sanatoriyasının həyətinə gəlib orada "pirojki” yeyib spirtli içki içdik. Özlüyümdə fikirləşdim ki, azyaşlı uşaq olsa, məktəb çantasını götürərdim, çünki mənə cəmi 1-2 manat lazım idi. Düşünürdüm, bu elə böyük cinayət sayılmaz, buna görə məni tutmazlar. Qəsəbədə stansiya ərazisində belində məktəbli çantası olan qız gəldi. Onu izlədim, arxasınca bloka girdim. Əlimi uzadıb çantasını götürmək istəyəndə qışqırdı. Həyəcandan özümü itirdim, qaçıb getdim”.

M.Vahabov sonrakı ifadələrində ittihamlarla razılaşmadığını, zərərçəkmişləri tanımadığını, onların çantalarını talamaq niyyəti olmadığını göstərib.

Yetkinlik yaşına çatmayan A.İ. ifadəsində məktəbdən evə qayıdan zaman binanın yaxınlığında dayanan şəxsin onun arxasınca bloka girdiyini görüb:

"Məni çağırıb Elçinin burada yaşayıb-yaşamadığını soruşdu. Dedim ki, tanımıram. Ona yol vermək istədikdə kürəyimdən çantamı dartmağa başladı. Çantamda 15 manat pul, telefon və kitablarım vardı. Ucadan qışqırdım deyə həmin adam blokdan qaçıb getdi. Evə gəlib balkondan baxanda gördüm hələ qaçır. Qardaşımla birgə onun arxasınca qaçdıq, yaxınlıqda olanlardan kömək istədik ki, onu saxlasınlar. Heç kim kömək etmədi. O da şəhər istiqamətindəki avtobuslara minib qaçdı”.

Zərərçəkmiş Ə.M. ifadəsində məktəbdən evə qayıdarkən onunla birlikdə yaşadığı bloka bir nəfər kişinin daxil olduğunu deyib:

"Mənə yaxınlaşıb çantamı dartdı. Çantamda 10 manat pulum vardı. Qışqırdım, dedim, çıx get burdan. O isə əli ilə sakit qalmağımı işarə etdi. Üçüncü mərtəbəyə kimi dalımca gəldiyini görüb qonşunun qapısını döydüm. Qapı açılan kimi qaçıb getdi”.

Məhkəmənin hökmü ilə Mirzə Vahabov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək