İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi - Ölən var
Hadise
Oxunub: 606
12 dek 2017 | 15:20
İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi - Ölən var














Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Zaur Bəylərovun idarə etdiyi avtomaşının iştirakı ilə ağır yol qəzası baş verib.

1 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev bildirib ki, faktla bağlı DİN-in rəsmi saytında məlumat yerləşdirilib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 10-da, 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi "KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi "Toyota” markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Axar.az yazır ki, Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə səbəb olan "Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbə müdiri Zaur Bəylərov bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin müavini olmuş Vidadi Bəylərovun qardaşıdır. Maraqlıdır ki, Tərtər RİH müavini olmuş V.Bəylərov vəzifəsindən məhz ölümlə nəticələnən qəzaya görə azad edilmişdi. Belə ki, V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu. Oğlunun törətdiyi dəhşətli qəzaya görə atası, Tərtər RİH müavini V.Bəylərov işindən azad edilmişdi. Məlumat üçün bildirək ki, Z.Bəylərovun qəzanı içkili halda törətdiyi barədə iddialar da yayılıb. Bildirilir ki, Z.Bəylərov sərxoş halda avtomobili idarə edib və qəza da məhz bu səbəbdən baş verib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, mətbuatdan zəng etdiyimizi və sualımızın qəza ilə bağlı olduğunu biləndə Z.Bəylərov telefonu söndürdü. Bərdə Rayon İcra Hakimiyyətindən də heç kəs açıqlama vermək istəmədi.
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub