Lotu Quli beynəlxalq axtarışa verildi — Moskva məhkəməsindən həbs qərarı
Hadise
Oxunub: 500
19 dek 2017 | 10:18
Lotu Quli beynəlxalq axtarışa verildi — Moskva məhkəməsindən həbs qərarı














Lotu Quli kimi tanınan Nadir Səlifov hazırda Türkiyədədir.
"Ölkə.Az" xəbər verir ki, Moskva məhkəməsi Nadir Səlifov haqqında qiyabi həbs qərarı çıxarıb.

Moskvanın Presnensk məhkəməsi ən nüfuzlu qanuni oğrulardan biri Nadir Səlifov haqqında həbs qərarı çıxarıb. Lotu Quli beynəlxalq axtarışa verilib.

"Rosbalt" agentliyinə Rusiya hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, Moskva məhkəməsi bir sıra cinayət ittihamları ilə belə bir qərar qəbul edib. Bu ittihamlar Azərbaycan əsilli iş adamlarının oğurlanması, onlardan pul alınması ilə bağlıdır.

2017-ci ilin yay aylarında istintaq çərçivəsində bir neçə nəfər saxlanıldı və Səlifova çox yaxın olan Rəşad Gəncinskiyə qarşı bir sıra suallar meydana çıxdı. O dövrdən etibarən Rəşad Rusiyaya getmir. Moskva məhkəməsi materialları birləşdirdikdən sonra cinayət işinin əsas fiqurantı Lotu Quli oldu. İstintaqın versiyasına əsasən, uzun müddət Azərbaycan həbsxanasında cəza çəkən Lotu Quli Moskvadakı adamların oğurlanması və onlardan pul alınması barədə tapşırıqlar verib. Bu səbəbdən Səlifova qarşı Rusiya CM-nin 126 və 163-cü maddələri ilə cinayət işi qaldırılıb. Bundan əlavə 210-cu maddə ilə də cinayət işi açıla bilər (cinayət qruplaşması qurmaq).

İstintaq Presnensk məhkəməsində Səlifovun qiyabi həbsi ilə bağlı iddia qaldırıb və iddia təmin edilib. Lotu Quli beynəlxalq axtarışa verildi.

Lotu Qulinin kriminal aləmdə aktivliyi hüquq-mühafizə orqanlarının marağına səbəb olub. 2017-ci ilin oktyabr ayında həbsdən buraxılan Səlifov Türkiyəyə gedib. Burada isə öz klanını yaratmağa başlayıb. Onun klanında bir sıra qanuni oğrular birləşir: "Rəşad İsmayılov, Aleksandr Kuşnerov, Merab Pipiya, Merabi Mzarelua, Roland Qeqeçkori. Quli Gela Kardava ilə də yaxın əlaqə qurub. Gelanın qanuni oğru titulu bir müddət əvvəl Şakro Molodoy tərəfindən əlindən alınmışdı.
Hazırda Quli özünü əsas qanuni oğru kimi aparır. Hər gün Rusiyadan onun yanına gələnlər olur. Quli gələnləri müxtəlif regionlara "obşak" və "vəziyyətə baxan" təyin edir, bəzilərini tezliklə oğru tacı ilə mükafatlandıracağını bildirir. Quli hər gün Rusiyadakı adamlarına zəng edir, müəyyən tapşırıqlar verir.

Son dövrlər Qulinin adamları Piterdə, Uralın şəhərlərində, Samara və Saratov vilayətlərində peyda olurlar. Digər nüfuzlu qanuni oğrular "kölgə"də qalmağa üstünlük verirlərsə, Quli aktiv fəaliyyətə keçib. Bir çox mafiozlar onunla görüşə can atır. Səlifov tezliklə Rusiyaya gedəcəyini bildirib. Çünki 1 nömrəli qanuni oğru şübhəsiz ki, Rusiyada olmalıdır. Amma hazırda Quli belə imkandan məhrum edildi.

Hüquq-mühafizə orqanlarının xəbərinə əsasən, Səlifovun aktivliyi kommersiya obyektlərində də üzə çıxıb. Bu obyektlərə kriminal aləmin digər nümayəndələri də maraq göstərir. İlk növbədə Qulinin marağı mərhum qanuni oğru Rövşən Canıyevin nəzarəti altında olan obyektlərdir. Rövşən Türkiyədə qətlə yetirilib və bu işdə sifarişçilərdən birinin Quli olduğu deyilir. Rövşənin yerinə qohumu Zaur Əhmədov keçib. Amma onun mövqeləri zəifləyib.

Sankt-Peterburqda Zaurun qardaşı Emin, Türkiyədə isə Rövşənin qardaşı saxlanılıb. Rövşənin qardaşı Qulinin evinə basqın hazırlayanda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qulinin Türkiyədə həbsi və Rusiyaya ekstradisiya olunması məsələsi də müzakirə edilir. Türkiyə hüquq-mühafizə orqanları Rusiya hüquq-mühafizə orqanları ilə demək olar ki, əməkdaşlıq etmirlər. Burada isə söhbət böyük pulları və əlaqələri olan adamdan gedir...
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb