Əclaf olduğunu etiraf edən adam: ermənilərə satılan azərbaycanlı
Hadise
Oxunub: 1 233
24 yan 2018 | 14:08
Əclaf olduğunu etiraf edən adam: ermənilərə satılan azərbaycanlı














"Bəziləri məni satqın, bəziləri əclaf, bəziləri yalançı, bəziləri də ikiüzlü adlandıra bilərlər. Haqqımda deyilənlərə fikir vermirəm. Məni həqiqət maraqlandırır. Qoy mən əclaf olum. Etiraf edirəm. Amma işimi görüm".
Bu sözləri bir zaman Zeynal İbrahimov illər əvvəl demişdi.

O adam ki, əslən azərbaycanlıdır, jurnalist və siyasi fəal, siyasi qaçqın olduğunu iddia edir, Britaniyada yaşayır.

"Müstəqil araşdırmaçı, vicdanlı tədqiqatçı" olduğunu vurğulamağı çox sevir.

Amma bu şəxsdə vicdan, müstəqillik, məntiq və şərəf deyilən anlamlar yoxdur.

Zeynal İbrahimov vətənini, ləyaqətini, gerçəklik hissini çoxdan itirərək buyruq quluna çevrilmiş birisidir.

Özü də onun mənəvi tənəzzülü o həddə çatıb ki, başqalarını hazırladıqları "əsər"lərə ad və soyadının yazılıb "müəllif" kimi təqdim olunmasına razılaşır.

Müəyyən, o qədər də böyük olmayan məbləğə görə...

Əclaf olduğunu etiraf edən adam: ermənilərə satılan azərbaycanlı

"Mavi" və "çəhrayı"ları sevib xəyanət edən

Zeynal İbrahimov 1965-ci ilin martın 29-da Bakıda doğulub. Burada böyüyüb, oxuyub, sonra jurnalistika ilə məşğul olub, bir ara Rusiyanın "Kommersant"ı ilə əməkdaşlıq edib.

28 il əvvəl, 1990-cu ildə Transmilli Radikal Partiyaya (TRP) qatılıb, sonra bu partiyanın Azərbaycandakı "təmsilçisi" olub, 1993-2005-ci illərdə TRP-nin Bakı ofisinə rəhbərlik edib. 2005-ci ildə partiya İtaliyadan savayı bütün ofislərini qapadanda TRP-nin Azərbaycanda nümayəndəsi kimi "ağır və məsuliyyətli" işi ictimai əsaslarla davam etdirib.

Sənədlərdə belədir. Əslində isə Zeynal İbrahimov TRP-dən sürəkli pullar alıb və onun partiyanın təmsilçisi qismində xaricə səfərlərini də həmişə "transmilli radikallar" maliyyələşdiriblər.

Qatıldığı tədbirlərdə də Zeynal İbrahimov sürəkli olaraq "mütərəqqi" mövqedə olub: Azərbayanda eyni cinsli insanların nikahlarının leqallaşdırılmasından tutmuş, Dağlıq Qarabağ münaqişəsinin "dərhal və heç bir şərtsiz dayandırılması"nadək müxtəlif "məzmun"da çıxışlar edib.

Transmilli Radikal Partiya cinsi azlıqların hüquqları uğrunda ən sərt mübarizlərdən biri kimi tanınır. Partiya İtaliyanın paytaxtı Roma ilə yanaşı, dünyanın müxtəlif şəhərlərində gey-paradların təşkilatçısı kimi tanınır. Məsələn, 2007-ci ilin mayında TRP rəhbərlərindən biri, Avropa Parlamentinin deputatı Marko Kappato Moskvada yasaqlanmış gey-parada qatılmış, döyülmüş və polis tərəfindən saxlanmışdı.

2013-cü ilin mayında TRP-nin o dönəmdəki sədri Emma Bonino İtaliyanın XİN başçısı postuna təyinat almışdı.

Lakin Z.İbrahimov zərurət yarandığını hiss edəndə homoseksuallarla lesbiyanların hüquqlarının müdafiəçisindən onların düşməninə çevrilə bilib və bunu dəfələrlə edib.

Z.İbrahimov siyasi mövqeyini də dəfələrlə dəyişib və vəziyyətdən asılı olaraq daha çox mənfəət əldə etmək üçün fəndgirliyi uyğun sayıb.

Məsələn, 2004-cü ilin yanvarında Avropa Parlamentində Dağlıq Qarabağdakı terrorçu rejimə qarşı sanksiyalar müzakirə olunanda Zeynal İbrahimov mənsub olduğu TRP-nin liderlərindən biri, Avropa Parlamentinin deputatı Olivye Düpüiyə müraciət edərək sanksiyaların dəstəklənməsinin vacibliyini vurğulamışdı.

Həmin Z.İbrahimov Britaniyaya mühacirət edəndən az sonra demişdi: "Dağlıq Qarabağdakı ermənilərə qarşı hər hansı sanksiyaların tətbiqin müzakirəsi yolverilməzdir. Bunu ağlımıza belə, gətirməməliyik".

Zavallı Zeynal və erməni ALİSA

Əclaf olduğunu etiraf edən adam: ermənilərə satılan azərbaycanlı

Bu ilin yanvarın 3-də Zeynal İbrahimovun "Oğluma 35 məktub" adlı kitabı çapdan çıxıb.

Kitab "Amazon"da 9,99 dollardan satılır və erməni diaspor təşkilatları tərəfindən çox fəal reklam edilir.

Zeynal İbrahimov bu kitabın müəllifi olduğunu desə də, sifarişi və maliyyəni kimdən aldığını açıqlamır.

"Oğluma 35 məktub" Ermənistan Beynəlxcalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun (ALİSA) birbaşa göstərişi, iştirakı və nəzarəti ilə hazırlanıb.

Prosesə "institutun ekspert"lərindən biri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq zabiti Ruben Mehrabyan bilavasitə rəhbərlik edib.

Kitaba giriş sözünün müəllifi də Mehrabyandır.

Zeynal İbrahimov kitabda Azərbaycan barədə yazdığını iddia etsə də, ölkəmiz barədə həqiqətə az-çox uyğun olan heç nə yoxdur.

Məsələn, Z.İbrahimov iddia edir: "Azərbaycanda 1990-cı ildən bəri 20 Yanvar günü hər gün matəm kimi qeyd olunur. Halbuki hər şey yanvarın 3-də başlanmışdı. Yanvarın 13-də, yanvarın 20-dən bir həftə əvvəl Azərbaycanda yəhudilərə, ruslara, ermənilərə divan tutulmağa başladı. Həmin proseslər səngiməyə başlayanda isə Bakıya sovet qoşunları yeridildi. Bu, saxtakarlıqdır, gülüncdür".

Z.İbrahimovun fikrincə, Azərbayaycanı ermənilərlə yanaşı, ruslar da tərk ediblər.

"Bakı artıq şəhər deyil. Bakı indi əyalətdən insanların axışıb məskunlaşdığı böyük kənddir. Bakı indi savadsızların, mədəniyyətsizlərin, tarixi saxtalaşdıranların məkanıdır", - Z.İbrahimov yazır.

Onun iddialarına görə, Azərbaycandan "1 milyon erməni, rus və yəhudi qovulub".

Ruslar və yəhudilərin "Azərbaycandan qovulması", ölkədə rus və yəhudi icmasının "faktiki olaraq yoxa çıxması" barədə absurd iddiaları şərh etməyə belə, dəyməz.

Statistika, reallıq və faktlar bunu büsbütün təkzib etməklə yanaşı, elə gerçəklər var ki, onların sübuta ehtiyacı yoxdur.

Azərbaycanda rus icması azalmayıb, yəhudi icmasının mənsubları özlərini tam asudə və rahat hiss edirlər. Sözügedən icmalara şamil edilən insanların demoqrfik statistikasında artım da var. Azərbaycanda rusdilli təhsil və tərbiyə müəssisələrinin, mədəniyyət qurumlarının sayı durmadan artır, İsraildən ölkəmizə gələn siyasətçilər və ictimai xadimlərsə ölkədə yəhudi icmasının yaşamının bütün dövlətlərə örnək ola biləcəyini vurğulayırlar.

Zeynal İbrahimov bu yalanlarla kifayətlənmir, Azərbaycanı "olmayan dövlət", xalqımızı "uydurma millət" adlandırır. Kitabda dəfələrlə vurğulanır ki, tarixdə heç zaman Azərbaycan dövləti olmayıb - olan Sasanilər və Osmanlıların imperiyalarının tərkibindəki tayfalar, qəbilələr yığını imiş, sən demə.



"Azərbaycanlılar indi yaşadıqları ərazilərə sonradan gəliblər: həmin ərazilər əzəli Böyük Ermənistan torpaqlarıdır" - bunu da Zeynal İbrahimov yazır.

Və ən nəhayət, Z.İbrahimov "təəssüf, kədər və qüssə" ilə vurğulayır ki, Azərbaycanda istisnasız olaraq "hamı ermənilərə nifrət edir, faşist düşüncə sahibidir". Bununla da kifayətlənməyən "müəllif" yazır: "Fazil İsgəndərin bir deyimi var: "bəzən kollektiv üfunət xalqın vəhdəti qismində qəbul olunur". Azərbaycanda ermənistana nifrət təşviq olunur, "Dağlıq Qarabağ bizimdir" deyilir. Halbuki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın olmayıb".

20 Yanvar faciəsini "təftiş" etməyə çalışan Z.İbrahimovun dediyindən az qala belə çıxır ki, 1990-cı ilin həmin məşum günündə azərbaycanlılar özlərinə divan tutublar: amma əvvəlcə başqa millətlərdən olanları "qırıblar".

Bu, artıq yalan iddia və ya mənəviyyatsızlıq yox, psixiatriyada çox ciddi müalicə tələb edən bir neçə xəstəliyin məcmusudur.

ALİSA-nın diqtəsi ilə "kitab müəllifi"nə çevrilən, sonra da "əsər"i Ermənistanın kütləvi informasiya vasitələrində "Azərbaycan barədə sensasiyalı kitab" kimi reklam edilən Zeynal İbrahimov lənətlənmiş varlığa çevirib özünü.

Müxalif olmaq olar, siyasi iddialar və ya tələblərlə çıxış etmək olar. Normaldır.

Lakin millətini, vətənini satmaq, şərəfi və ləyaqətini alverə çıxarmaq, Azərbaycanı "faşist ölkə" kimi təqdim etmək - bu anormallıqdır.

Tarix boyu belə insanlar pariya sayılıb, yaşadığı qövmdən kənarlaşdırılıb, yaramaz və murdar bilinib.

Migel de Servantes belələrini "nifrətə layiq məxluq" adlandırıb, Viktor Hüqo isə yazıb: "Vətənini, xalqını aşağılamağa çalışan insan ən böyük xəyanətkardır".

Zeynal İbrahimov isə, özü demişkən, "əclaflığı" ilə fəxr edir, bu maniakal davranışı ilə qürrələnir.

Anlaşılandır, çünki kölə təfəkkürlü bu adam sahiblərinin göstərişləri və əmrləri ilə hərəkət edir.

"Nə etdiyimi dərk edirəm. Yaxşı etmişəm! Əla bilirəm ki, məni satqın, əclaf, şərəfsiz, xəyanətkar adlandıracaqdar. Hamının xoşuna gəlməyən söz deyən kimi məni Vətən xaini adlandırırlar. Satqın nə zamansa, haradasa kiməsə sədaqət andı içən, sonra həmin andı pozan insandır. Mən kimsəyə sədaqət andı içməmişəm və buna görə də istədiyimi deyirəm, yazıram. Xalqıma, Azərbaycana görə utanıram".

Bunu de-yure olaraq azərbaycanlı olan Zeynal İbrahimov yazır.

Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan, İrəvanın sifarişlərini yerinə yetirən, mənsub olduğu xalqı təhqir edən, Azərbaycanı "heç nə" sayan və Dağlıq Qarabağdakı terrorçuları "qəhrəmanlar" adlandıran Z.İbrahimov Britaniyada yaşayır.

Günlərin birində o, Britaniyanın da "puç ölkə", britaniyalıların da "yaramaz" olduğunu yazarsa, təəcüblənməyə dəyməz.

Yetər ki, İrəvandan belə sifariş ola.

... Zeynal İbrahimov bədbəxt, zavallı insandır. Eyni zamanda o, hədsiz miskin birisidir.

Zatən köləliyi uğur sayan, Vətənini sevinclə satan, içlərində yaxınlarının və qohumlarının, ailə üzvlərinin də olduğu insanları aşağılayıb bunun üçün mükafat gözləyən birisinin həyatı, həqiqətən də, məşəqqətdir.

Çünki şərəfsizə, mənliyini itirmişə, torpağına və millətinə xəyanət edənə onun xidmət göstərdiyi ağası da nifrət edir.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE