Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü: 19 yaralı var — Ağır olanlar Bakıya gətirilir + Yenilənib
Hadise
Oxunub: 674
11 mar 2018 | 17:30
Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü: 19 yaralı var — Ağır olanlar Bakıya gətirilir + Yenilənib














Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
"Ölkə.Az" "Report"a istinadən xəbər verir ki, onlar 2003-cü il təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

***

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Ölkə.Az"ın "Report"a istinadən məlumatına görə, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, Toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.

Faktla bağlı araşdırma aparılır.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi