13-03-2018, 18:15 Oxunub: 245

DYP-yə əlavə 200 polis göndərildi — SƏBƏB

DYP-yə əlavə 200 polis göndərildi — SƏBƏB














Respublika üzrə küçə və yollarda piyadaların hərəkətini tənzimləmək məqsədilə xidmət aparan polis əməkdaşlarının sayı artırılıb.
Son günlər Bakı şəhərində piyada zolaqlarının, piyadaların qayda pozaraq istifadə etdiyi ərazilərin yaxınlığında yol polisi geyimində xidmət aparan polislər Post-Patrul Xidmətinin əməkdaşlarıdır. Onlar bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə PPX-dən YPX-yə ezam olunublar. Son günlər həmin polislər şəhərin sıxlıq olan yerlərində, məktəblərin və digər idarə-müəssisələrin yaxınlığında xidmət aparırlar. Onlar nizamlanmayan keçidlərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləyərək həm təhlüləsizliyi təmin edirlər, həm də sıxlıq yaranmasının qarşısını alırlar. Həmin əməkdaşlar piyadaları cərimələkdən çox onların hərəkətini nizamlamağa üstünlük verirlər. Amma cərimələr də yazılmaqda davam edir.
Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev yayıb. O bildirib ki, yollarda piyadavurma hadisələrinin qarşısının alınması, piyadalarda keçidlərdən istifadə vərdişlərinin formalaşması, keçid olmayan yerlərdən, eləcə də keçidlərin yaxınlığından təhlükə yaradaraq yola çıxan piyadaların qarşısının alınması məqsədilə yeni əməkdaşlar xidmətə cəlb edilib. Belə ki, daxili işlər nazirinin ilkin əmri ilə 110 nəfər PPX əməkdaşı YPX-nə ezam olunmuşdusa, hazırda onların sayı 300-dən çoxdur.

Kamran Əliyev bildirib ki, həmin PPX əməkdaşlarına müvafiq qaydada kurslar keçilib, vətəndaşlarla ünsiyyət, yol hərəkəti qaydaları və “Yol hərəkəti haqqında” qanunun tələbləri izah olunub. Biliklərə tam yiyələndikdən sonra xidmətə başlayıblar. Təkcə Bakıda yox, respublikanın bütün iri şəhər və rayonlarında xidmət aparan həmin əməkdaşların gördüyü işlər artıq müsbət nəticələr verir. Vaxtilə pik saatlarda sıxlıq yaranan küçə və yollarda indi nəqliyyatın və piyadaların hərəkəti normal şəkildə təmin edilir.
Sürücü hər piyadaya yol verə bilməz! — QAYDALAR Sürücü hər piyadaya yol verə bilməz! — QAYDALAR Sosial Baş Dövlət Yol Polisindən vətəndaşlara — Müraciət Baş Dövlət Yol Polisindən vətəndaşlara — Müraciət Sosial Yol Polisi reydlərə başladı - Sürücülərin nəzərinə Yol Polisi reydlərə başladı - Sürücülərin nəzərinə Sosial Bakı küçələri niyə avtomatlı polislərlə doludur? Bakı küçələri niyə avtomatlı polislərlə doludur? Sosial DYP piyadalara 1 milyon manatdan çox cərimə yazıb DYP piyadalara 1 milyon manatdan çox cərimə yazıb Sosial