Bakıda vəzifəli məmur bir kisə pulu alan zaman videoya çəkildi – VİDEO
Hadise / Video
Oxunub: 729
8 apr 2018 | 14:01
Bakıda vəzifəli məmur bir kisə pulu alan zaman videoya çəkildi – VİDEO














Vəkil İsmayıl Kəngərli yerli mediaya müraciət edərək, müstəntiq Bahadur Əliyevin qanunsuz hərəkətlərindən danışıb.

Onun sözlərinə görə, müstəntiq dələduzluğun qurbanı olmuş İlqar Qurbanovun işini araşdırarkən “hörmət”ə ümid edib və qanunları pozub:

“2015-ci ildə İ.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin texniki qurğuların təmiri departamentində işləyib. Departament rəisi Çingiz Məmmədov dövlət vəzifəsi tutmaqla yanaşı, tikinti sahəsində sahibkarlıqla da məşğul olub və İlqara təklif edib ki, onun şəriki olsun. Şərik kimi Qurbanov işə 130 min manat pul qoymalı idi. Nədənsə şübhələnən Qurbanov pulu Məmmədova verməsi anını videokamera ilə çəkib”.

Müştərək biznesdən Qurbanov heç bir qazanc götürməyib. Dövlət müəssisəsindəki rəisi isə ona gördüyü işlər barədə hesabat verməyi artıq bilib və tam hüquqlu şərikinə hər hansı faiz ödəməyib. Bunu görən Qurbanov 2017-ci ilin avqustunda vəkil Kəngərli ilə müqavilə bağlayıb və Qaradağ Rayon Polis İdarəsinə müraciət edib.

Ç.Məmmədov tərəfindən iri məbləğdə pul vəsaitinin mənimsənilməsi üzrə ərizə müstəntiq Bahadur Əliyevə ötürülüb. Lakin bu qanun keşikçisi düz iki ay rəsmi qeydiyyatdan keçmiş işə baxmaqdan imtina edib və hətta öz rəhbərliyinin göstərişini də qulaqardına vurub.

“Mənim məsləhətimlə Qurbanov Bakı Şəhər Prokurorluğuna müraciət etdi, lakin bu günə qədər prokuror araşdırması da aparılmayıb”, – İ.Kəngərli deyir.

Obyektiv olmağa çalışaraq, virtualaz.org müstəntiqin də mövqeyini öyrənməyə çalışıb və xəbər tutub ki, “Qurbanovun şikayətinə baxış müəyyən olunmuş qaydalara tam müvafiq həyata keçirilib”.

“Mən obyektiv istintaq apararaq işi şəhər prokurorluğuna yollamışam. Hər şey qanun çərçivəsində edilib”, – hüquq-mühafizə orqanının işçisi deyib.

Vəkillər Kollegiyası aparatının rəhbəri Fərhad Nəcəfli əməkdaşımıza bildirib ki, müstəntiq 10 gün ərzində ilkin istintaqı başa çatdırmalı idi. “Bundan sonra polis idarəsində iş üzrə qərar qəbul edilməli idi. İş prokurorluğa o zaman göndərilir ki, müstəntiqin hərəkətlərindən şikayət olsun”, – F.Nəcəfli bildirib.

Şəhər prokurorluğu isə Qurvanovun işinin düz bir il ləngidilməsinin səbəblərini açıqlamayıb. Lakin vəkillər iddia edirlər ki, bu cür ərizələr prokurorluq tərəfindən 1 ay ərzində baxılmalıdır. (virtualaz)

Minval.İnfo qeyd edir ki, Çingiz Məmmədov haqqında ilk şikayət deyil. Ç.Məmmədov “Azərbaycan Dəmir Yolları” ASC-də vəzifədə olduğu müddətdə onlarla iş adamının milyonlarla manatını mənimsəyib. Belə ki, o, Ağstafa, Qazax, Gəncə, Göygöl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və digər rayonlarda ASC-yə aid yerlərdə təmir işləri gördürüb. Bu işlər üçün büdcədən pullar ayrılıb. Amma həmin işləri görən Cavanşir Əsgərov, Camal Əhmədli və Rahid İbadi kimi sahibkarlara pullarını ödəməyib. Minlərlə manatı mənimsəyib və işdən ayrılıb. Onun bu qanunsuz addımlarını keçmiş rəisi Arif Əgərov da bilib. Hətta iddialar var ki, bütün qanunsuz addımlarından qazandığı pulları onunla bölüşüb.


Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...