“Münasibətimiz pisləşəndən sonra Elşən məni döyürdü” — Lift idarəsi rəisinin keçmiş kürəkəninin məhkəmə işi
Hadise
Oxunub: 392
27 apr 2018 | 09:40
“Münasibətimiz pisləşəndən sonra Elşən məni döyürdü” — Lift idarəsi rəisinin keçmiş kürəkəninin məhkəmə işi














Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatındadır.

Xatırladaq ki, bu iş üzrə təqsirləndirilən Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. İş üzrə zərərçəkən də Aysel Şükürovanın ikinci həyat yoldaşı Oqtay Əhmədovdur. İstintaqa şahid qismində ifadə verən Aysel Şükürova bildirib ki, Elşən Əsgərli ilə 2012-ci ildə ailə həyatı qurub:
"2016-ci ildə rəsmi şəkildə boşanmışıq. Həmin nikahdan 1 övladımız olub. 2016-cı ildə Oqtay Əhmədovla ailə qurmuşam”.

Məmur qızı istintaqda qeyd edib ki, Elşənlə evləndikdən bir müddət sonra onların arasında münasibət pozulmağa başlayıb:
"Münasibətimiz pisləşəndən sonra Elşən mütəmadi olaraq məni döyürdü. Ailə arasında heç bir səbəb olmadan münaqişə yaradırdı. Lakin mən isə böyüklərimiz, qohumlarımız arasında pis olmamaq üçün bunlara dözürdüm və heç kimə demirdim. Lakin, 2015-ci ildə Elşənin mənə qarşı bu cür davranışına dözə bilmədim. Ayrılmaq qərarı verdim və həmin gündən həmin evdən çıxdım. 2016-cı ilin mart ayında rəsmi şəkildə Elşən Əsgərlidən ayrıldım. Lakin Elşən boşandıqdan sonra da məndən əl çəkmirdi. Mütamadi olaraq narahat edirdi. Sosial şəbəkələrdə məni şantaj edir, şəkillərimi paylaşaraq, yeni səhifələr yaradırdı. Oqtayla evlənəndən sonra bunlar daha da çoxaldı. Başladı barəmdə nəlayiq ifadələr yazmağa, məqsədi ailəmi dağıtmaq idi. Oqtayla nişanlı olduğum vaxt Elşən mənim barəmdə ona əxlaqsız qadın olduğumu demişdi. Məqsədi ailə qurmağıma əngəl yaratmaq idi”.
Aysel Şükürova istintaqda hadisə günü ilə bağlı da danışıb. O, bildirib ki, 2017-ci il yanvarın 7-də Elşən Oqtay və əmisi Şahini görüşə çağırıb: "Onlar Gənclik metrostansiyası yaxınlığında görüşməyə vədələşiblər. Orda Elşən iki dostu ilə birlikdə Oqtayı döyüblər”.
Şahid deyib ki, Elşənlə evli olan zaman atası ona 10-EA-*** serialı nömrə nişanını hədiyyə edib:
"Həmin vaxtı təzə ailə qurmuşduq. Atam hər ikimizin baş hərfinə uyğun olaraq bu nömərni mənə bağışlamışdı. Həmin vaxtı nömrənin sənədləşəmə işləri ilə Elşən məşğul idi. Boşanandan sonra həmin nömrəni Elşəndən tələb etsəm də, qaytarmadı.

Sonrada eşitdim ki, Elşən bizi tanıyanlara danışıb ki, bu nömrədəki "E ”öz adıdır, "A” isə saxladığı fahişənin adı. Artıq bu söhbəti yoldaşım Oqtaya dedim. Oqtay da Elşənlə mübahisə edən zaman bu söhbəti yadına salıb, maşının üstündən həmin nömrəni söküb. Oqtayın həmin nömrəni götürməkdə heç bir tamah və başqa bir niyyəti olmayıb”.

Qeyd edək ki, Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi haqqında mətbuatda məlumatlar yayılıb.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...