Rövşən Lənkəranski başqa kimliklə yaşayır? - Avtoritetin olduğu deyilən ŞOK FOTOLARA MÜNASİBƏT
Hadise
Oxunub: 13 302
3 may 2018 | 13:10
Rövşən Lənkəranski başqa kimliklə yaşayır? - Avtoritetin olduğu deyilən ŞOK FOTOLARA MÜNASİBƏT













Məşhur kriminal avtoritet, Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski haqqında şok iddia yayılıb.

Publika.az xəbər verir ki, özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən bir nəfər a24.az-a Lənkəranskinin yaşadığını, üzünü və səsini əməliyyatla dəyişdiyini iddia edib.

Ə.Əliyev qeyd edib ki, bu xəbəri Lənkəranskinin özünün xahişi ilə yayımlayıb:

“Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinkt hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o, həyatdadır, ölməyib və kənardan olan-bitən hər şeyi izləyir”.

İddiaçı bildirib ki, bu xəbəri yaymaqda məqsəd məktəblərdə baş verən hadisələrlə bağlıdır: “Düşmənlər bilsin ki, Lənkəranski sağdır”.

Publika.az məsələ ilə bağlı Rövşən Lənkəranskinin həyatı və fəaliyyətləri ilə bağlı geniş araşdırmalar edən, kriminal aləmin məşhur şəxsləri haqqında kitablar yazan yazıçı Bəhram Çələbi ilə əlaqə saxladı.

Bəhram Çələbi bildirdi ki, belə xəbərlərin yayılması məqsədli şəkildə həyata keçirilir:

“Lənkəranskinin dəfnində şəxsən iştirak etmişəm. Dəfnində qardaşı, əmisi uşaqları, bütün qohum-əqrəbaları ağlayırdı. Bu boyda yekə kişilərin ağlamağı elə-belə şey deyil. Bu, o deməkdir ki, həqiqətən də, Lənkəranski artıq nəfəs almırdı. Onun yaşaması ilə bağlı bütün xəbərlər cəfəngiyyatdır. Belə hadisələrə çox rast gəlinib. Məsələn, Saloniki adlı bir nəfər olub. "Super killer" adlandırırdılar onu. Onun da haqqında belə xəbərlər çıxırdı. Guya üzünü dəyişdirib, gedib Ağsuda yaşayır. Belə xəbərlər yalnız mətbuatı qaynatmaq məqsədilə yayılır”.

Rövşən Lənkəranski başqa kimliklə yaşayır? - Avtoritetin olduğu deyilən ŞOK FOTOLARA MÜNASİBƏT










Bəhran Çələbi bildirib ki, ailəsinin özünü üzgün, kədərli göstərməsi Lənkəranskini qorumaq məqsədi daşımır:

“Məgər ailəsi, qohumlarının hamısı artistdir ki, yalandan ağlasın? Mən anası, qardaşı, bacısının oğulları ilə görüşmüşəm. Hamısının necə dərd çəkdiyini gözlərimlə görmüşəm. Lənkəranski barəsində 100 faiz söz verə bilərəm ki, o, yaşamır. Onun nəşi Mübariz Mənsimovun təyyarəsi ilə Lənkərana aparılıb. Həmin günü orada idim. Nəşi gətiriləndə də, basdırılanda da iştirak etmişəm”.

Qeyd edək ki, avtoritet 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib. Xəstəxanaya çatdırılsa da, başından və bədənindən aldığı 8 güllə yarası nəticəsində vəfat edib. Lənkəranski ilə birlikdə onun sürücüsü də hadisə yerində həlak olub.


Rövşən Lənkəranski başqa kimliklə yaşayır? - Avtoritetin olduğu deyilən ŞOK FOTOLARA MÜNASİBƏTRövşən Lənkəranski başqa kimliklə yaşayır? - Avtoritetin olduğu deyilən ŞOK FOTOLARA MÜNASİBƏTRövşən Lənkəranski başqa kimliklə yaşayır? - Avtoritetin olduğu deyilən ŞOK FOTOLARA MÜNASİBƏT
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş