Məhkəmə qərar verdi — Eldar Mahmudov məhkəməyə gəlmədi
Hadise
Oxunub: 672
3 may 2018 | 21:56
Məhkəmə qərar verdi — Eldar Mahmudov məhkəməyə gəlmədi














Bu gün Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə iclası davam etdirilib.
Hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf E.Mahmudov və Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.

Əlavə edilib ki, məhkəmədə E.Mahmudovu onun vəkil Cavid Rzazadə təmsil edir.

Daha sonra iddiaçı M.Mustafayev çıxış edərək söyləyib ki, E.Mahmudovun məhkəməyə gəlməsi vacibdir:

"Ona suallarıım var. Həmin suallara vəkil cavab verə bilməz. Ona görə də Eldar Mahmudovun prosesdə iştirakını etməsini xahiş edirəm".

C.Rzazadə qeyd edib ki, artıq Mülki Prosessual Məcəllənin 144-cü maddəsi ləğv edildiyi üçün cavabdehin məcburi gətirilməsinə ehtiyac yoxdur.

Hakim M.Mustafayevin vəsatətini təmin etməyib və E.Mahmudovun məhkəməyə gətirilməsinin zəruri olmadığını söyləyib.

Daha sonra vəkil Rzazadə vəsatət verərək proses zamanı əməliyyat məlumatlarının müzakirə ediləcəyini, zalda jurnalistlərin iştirak etdiyini vurğulayıb.

M.Mustafayev isə iclasın açıq olduğunu deyib.

Vəkil qeyd edib ki, M.Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh şəxs qismində qoysa da, onlardan tələbinin nə olduğunu bildirməyib.
Daha sonra M.Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verib. O, əsas cavabdeh kimi Maliyyə Nazirliyini göstərib, E.Mahmudov isə əlavə cavabdeh kimi işə cəlb edilməsini deyib.

M.Mustafayev tələb etdiyi pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu E.Mahmudovdan alıb ona ödəməsini istəyib. O, nazirliyin inzibati binasının Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək, işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş edib.

Məhkəmə M.Mustafayevin vəsatətini təmin edərək qərar çıxardıb, iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

Hazırda bu iddia ərizəsi üzrə məhkəmə hakim Nurəddin Bağırovun sədrliyi ilə araşdırılır.

Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu" ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Dünən, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Dünən, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Dünən, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Dünən, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Dünən, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Dünən, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Dünən, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Dünən, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür