"2 yaşlı uşaq dondurmanın deyil, həkim səhlənkarlığının qurbanı olub"
Hadise
Oxunub: 941
8 may 2018 | 14:30
"2 yaşlı uşaq dondurmanın deyil, həkim səhlənkarlığının qurbanı olub"














"Cəlilabadda dondurma yediyi üçün öldüyü ehtimal olunan 2 yaşlı uşaq əslində həkim səhlənkarlığının qurbanı olub".

Bu barədə Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov bildirib.

Onun sözlərinə görə, körpənin yaxınları onun xəstəxanada keçindiyini deyiblər, həkimlər isə məsuliyyəti boyunlarından atmaq üçün onun xəstəxanaya gətirilərkən yolda öldüyünü iddia edirlər.

Şahvələd Məmmədovun sözlərinə görə, antibiotikin dozası artıq olanda uşaqlarda yan təsir göstərir və şok yaradır:

"Uşaqlara antibiotik vurmazdan əvvəl mütləq "prob” qoyulmalıdır. Həm də 2 yaşında uşağın öz dozası var. Onlara 1 qram yox, 0,5 qram antibiotik vurulmalıdır. Əks halda uşaqlarda ildırımsürətli anaflaktik reaksiya gedib. Uşağın ölümündə "smes”in heç bir rolu yoxdur. Nə də yediyi dondurmadan zəhərlənib. Uşaq məhz həkim məsuliyyətsizliyi səbəbindən şok keçirib. Antibiotik vurulduqdan sonra uşağı titrətmə tutub, dişlərini qıcamağa başlayıbsa, deməli bədən temperaturu və təzyiqi aşağı düşüb. Bu cür hallarda uşaq mütləq həkim nəzarətində olmalı və reanimasiyon tədbirlər nəticəsində uşağı həyata qaytarmaq mümkün olardı”.

Həkimin qənaətincə, antibiotikləri necə gəldi istifadə etmək olmaz. Bu dərmanların təyinatı konkret hədəf üçün olmalıdır:

"Antibiotik ancaq konkret olaraq infeksiya tərəfindən törədilmiş iltihabi prosesə aiddir. Əgər problem iltihabi mənşəlidirsə, o zaman antibiotikdən istifadə olunur.Göstəriş olanda 3 -6 aylıq uşağa da antibiotik vurmaq olar.

Xüsusən də pnevmaniya, sətəlcəm olan uşaqlara antibiotik təyin edilir. Ya da ki, xəstəlik uzun müddət ərzində müalicəyə tabe olmadıqda. Yeri gəldi- gəlmədi körpə uşaqlara antibiotik təyin etmək doğru deyil. Qıc vəziyyətində olan uşağa telefon vasitəsilə "smes” vur, düzələck demək səhlənkarlıqdır. O uşaq mütləq ciddi müayinə edilməli və şok vəziyyətindən çıxarılmalı idi”.

Mütəxəssislər hesab edir ki, antibiotiklər anaflaktik reaksiyadan əlavə uşaqların normal florasında olan bakteriyaların müqavimət qazanmasına səbəb olur. Uşaqda bu bakteriyalardan qaynaqlı bir xəstəlik ortaya çıxdığında həqiqətən lazımlı olan antibiotiklər, bakteriyaların müqaviməti üzündən kifayət qədər təsiri göstərə bilmir. Bu vəziyyətdə doza artımıı lazım olur. Dərmanlar ümumiyyətlə, böyrəklər və qaraciyər tərəfindən xaric edilir. Antibiotikləri davamlı və yüksək dozada istifadələri sonunda qaraciyər və böyrək funksiyaları mənfi təsirlənə bilər. Antibiotiklər xəstəliyə görə uyğun vaxtlarda uyğun dozalarda istifadə edilməlidir. Məsələn, sidik yolu infeksiyaları üçün verilmiş bir antibiotik həkimlə məsləhətləşmədən boğaz infeksiyası üçün istifadə edilməməlidir. 3 aydan böyük körpələrdə bir-iki gün yaşanan, qızdırma salıcı dərmanlarla aşağı salına bilinən 37,5-38 dərəcə arası qızdırma üçün dərhal antibiotik verilməməlidir. Bu vəziyyətdəki 3 aydan böyük körpələrin ümumi vəziyyətində və qidalanmasında bir çətinlik yoxsa, narahat olmamaq, qızdırmanı salaraq gözləmək lazımdır.

Qeyd edək ki, mayın 2-də, 2016-ci il təvəllüdlü Əli Allahverdi oğlu İsmayılovun dondurma yedikdən sonra boğazı şişib. O, halsızlıq və yüksək temperaturla Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılıb. Körpəyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Lakin bu gün körpənin yenidən halı pisləşib və yaxınları onu Cəlilabad Uşaq Xəstəxanasına aparıb. Xəstəxanada uşağın öldüyü məlum olub.
Uşağın atası Allahverdi İsmayılov isə oğluna vurulan antibiotikdən sonra onun vəziyyətinin daha da ağırlaşdığını qeyd edib.

///Şərq.az
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək