İdman
Dünya
12-05-2018, 13:19 Oxunub: 336
Azərbaycana qar yağdı — FAKTİKİ HAVA

Mayın 11-i gündüzdən 12-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində mayın 11-i gün ərzində, 12-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb. Zaqatalada saat 15:08 radələrində dolu düşüb.
Yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-5 mm, Zaqatalada 120 mm (aylıq normanın 105 %-i), Balakəndə 57 mm, Sarıbaşda 51 mm, Kiçik Qafqazda 4-11, Mərkəzi-Aran rayonlarında 2-9, Qazax-Gəncə zonasında 3-57, Lənkəran-Astara zonasında 1-2, Kiçik Qafqazda 4-11, Naxçıvan MR-da 1-9, Bakıda və Abşeron yarımadasında 0.6 mm təşkil edib.
Havanın temperaturu mayın 11-də Bakıda iqlim normasından 3.5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, aran rayonlarında 22-27, dağlıq rayonlarda 12-16, Naxçıvan MR-da 16-21 dərəcə isti təşkil edib.
XƏBƏR LENTİ
23:44 | “Manenin adını 4-cü sırada görəndə utandım” - Messi 22:48 | Sabah Azərbaycanda 650 min ağac əkiləcək 22:20 | Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatdı 21:47 | Seçkiyə qədər deputatlar maaş alacaq? 21:17 | Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama 20:50 | Tağıyevin İstanbuldakı villası 17 milyona satılır 20:21 | Deputat oğlunun həbs müddəti uzadıldı 19:45 | “Facebook”un işində yenidən problem yaranıb 19:18 | Moskvada böyük terrora hazırlıq? – ƏMƏLİYYAT 18:54 | Peyğəmbərimizin(s) Vətənində də homoseksuallara yaşıl işıq yandırıldı – RƏZALƏT!.. 18:17 | Azərbaycanda 16 icra başçısı işdən azad edilib – SİYAHI 17:44 | Azərbaycanda vəzifəli şəxsin əmlakına həbs qoyuldu 17:20 | Mağazalarda “Siqaret çəkən kolbasa”lar satılır – FOTO 16:50 | Bakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTO 16:18 | Türkiyədə sənədsiz yaşayan soydaşlarımız… – Leqallaşmaya başlanılıb