Evini yandıran müharibə veteranı yoxa çıxıb — İlginc faktlar + ARAŞDIRMA
Hadise
Oxunub: 522
15 may 2018 | 10:10
Evini yandıran müharibə veteranı yoxa çıxıb — İlginc faktlar + ARAŞDIRMA














Mayın 11-də Abşeron rayon, Mehdiabad qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərovun Abşeron rayon icra hakimi İrada Gülməmmədovaya etiraz əlaməti olaraq Fatmayi kəndindəki birmərtəbəli evinə od vurduğu barədə məlumat yayılıb.
Oxu.Az-ın müxbiri və Baku TV-nin çəkiliş qrupu sosial şəbəkədə rezonans doğuran hadisənin detallarını araşdırmaq üçün hadisənin baş verdiyi Fatmayi kəndinə yollanıb.

Qarabağ əlilinin sözlərinə görə, icra hakiminin adamları onun evini dağıtmaq istəyiblər. Öz videomüraciətində həmin şəxs deyib ki, Gülməmmədovanın adamlarına rüşvət verməkdən boyun qaçırdığı üçün döyülüb.

İcra hakimiyyəti Əkbərovun bu iddialarını təkzib edib və onun sözlərini təxribat adlandırıb.

İcra hakimiyyətinin bu açıqlamasına etiraz əlaməti olaraq, Qarabağ veteranı evinə od vurub.

Əkbərov bildirib ki, o adekvat və qanuna əməl edən şəxsdir.

“Heç kim ondan bu hərəkəti gözləmirdi. Ola bilsin ki, onun əsəbləri korlanıb. İcra hakimiyyətinin adamları bir müddət öncə bizim kənddə bir nəfəri də döyüblər.

Həmin şəxs restoran sahibidir. O, icra hakiminin adamlarına rüşvət verməkdən boyun qaçırıb. Fuadın harada olduğunu heç kim bilmir. Söhbət gəzir ki, o, ölkəni tərk edib və Gürcüstana gedib”, - Əkbərovun qonşusu bildirib.

Həmçinin, sayt öyrənib ki, Əkbərovun Abşeron ərazisində daha bir evi var. Sayt əməkdaşları ora gedib. Onları Fuadın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əkbərova Tamam Cəmil qızı qarşılayıb. Onun sözlərinə görə, həyat yoldaşı hətta özünə qəsd də etmək istəyib. Ancaq onu xilas etmək mümkün olub.

“Biz dövlətimizi sevirik və qanunlara tabeyik. İnsanları bu hala salmaq olmaz”, - qadın deyib.

Ərinin harada olması ilə bağlı sualı isə qadın cavabsız qoyub.

Bundan sonra jurnalistlər hakimiyyətinə yollanıblar. Uzun sürən söhbətdən sonra onlar bizə müsahibə verməyə razı olublar.

Abşeron rayon İH-nin mətbuat katibi Seymur Qasımov kamera qarşısında danışmaq istəməyib. O, yalnız müxbirin suallarını cavabandırıb.

- Nə baş verib? Qarabağ veteranı öz evini niyə yandırıb və İH-nin buna nə aidiyyəti var?

- Fuad Əkbərov İH-nə qarşı sabotajı əvvəlcədən hazırlayıb. Bax, buna görə də, o bütün olanları videoya çəkib və sosial şəbəkəyə yerləşdirib.

- Sabotaj onun nəyinə lazımdır? O kimdir?
- O burada daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur, onu burada hami tanıyır. O deyib ki, İH nümayəndələri ondan rüşvət tələb edib. Belə bir hadisə olmayıb. Eləcə də, onun döyülməsi yalandır.

- Necə ki? İnternetdə qanlar içində olan Fuad Əkbərovun kadrları var.

- Bu planlaşdırılıb. Hər şey əvvəlcədən yazılmış ssenari üzrə gedib. O, qəsdən televiziya əməkdaşlarını çağırıb və bu hadisəni lentə alıb.

İcra hakimiyyətinin nümayəndəsi qeyd edib ki, bu faktla əlaqədar Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi prokurorun müavini Elçin Mahmudov tərəfindən aparılır.

Çəkiliş qrupu Mahmudovla danışmağa nail olub. O, bu faktı təsdiq edib.

“Araşdırma aparılır. Biz tərəfləri dindirmişik. İstintaq başa actdıqdan sonra geniş informasiya veriləcək”, - prokuror müavini bildirib.

Maraqlı detal

Məsələni araşdırarkən saytın müxbirinə polis əməkdaşı yaxınlaşıb və bildirib ki, guya Əkbərov öz evini kafeyə çevirmək istəyib, ancaq buna icazəsi olmayıb. Bu səbəbdən Əkbərov ilə IH arasında insident baş verib.

Bundan sonra çəkiliş qrupu daha bir maraqlı fakt əldə edib. Qonşuların sözlərinə görə, Əkbərovu Abşeron IH-in “Kaçok” kimi tanınan Baba adlı əməkdaşı döyüb.

Danışan, ancaq adlarının açıqlanmasını istəməyən şəxslərin hamısının Fuad Əkbərov ilə yaxşı münasibətləri olub. Ev tikmək və ya başqa işlər üçün onlar tez-tez Fuada müraciət edirlərmiş. Fuad danışmaz əmlak məsələlərində IH ilə aşağı qiymətlərlə razılaşa bilirdi.

“Ola bilsin ki, sonuncu dəfə razılaşmalar zamanı nə isə düz getməyib və işə “Kaçok” (Baba - red) qarışıb”, - Fatmayi kəndinin sakinləri deyib.

Əkbərovun ifadəsindən:

“Mayın 11-də Abşeron rayon Icra hakimiyyətinin adamları ağır texnika ilə evimi uçurtmağa çalışdılar. Onlar evin qapısının karkasını uçurtmağa nail oldular. Mən onlara mane olmaq istədikdə isə məni döydülər. Mən onların acığına evimə od vurdum”

Biz həmçinin, Əkbərov və həyat yoldaşı haqqında məlumat da əldə edə bildik. Əkbərov uzun müddət Azərbaycan MTN-nin əks-kəşfiyyat idarəsində çalışıb, Qarabağ müharibəsində iştirak edib, ikinci qrup əlildir. Onun həyat yoldaşı isə hazırda Azərbaycan Daxili Işlər Nazirliyinin əməkdaşıdır.


Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO