Həkim olmaq istəyirdi, özünü öldürdü - Sumqayıtda abituriyentin intiharının dəhşətli təfsilatı
Hadise
Oxunub: 480
15 may 2018 | 10:20
Həkim olmaq istəyirdi, özünü öldürdü - Sumqayıtda abituriyentin intiharının dəhşətli təfsilatı















Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərində daha bir abituriyent intihar edib. 17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.
İntihar edən yeniyetmə dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Bu, quru statistikanın arxasında nakam bir gənc, yarımçıq ömür, faciə, valideyn ağrısı, dost acısı dayanır...

"Özünü atanda çantası çiynində idi...”

Hadisənin təfərrüatını öyrənmək üçün ilk olaraq Sumqayıt şəhərində 45-ci məhəlləyə yollandıq. Bildirildi ki, elə intihar hadisəsi də 9 nömrəli binanın 14-cü mərtəbəsinin damında baş verib.

Yaxınlıqda satıcı işləyən və adının açıqlanmasını istəməyən bir xanım Lent.az-a açıqlamasında bildirdi ki, hadisə bu gün səhər 11 radələrində baş verib:

"Düz blokun qabağına düşdü. Əvvəlcə tappıltı eşitdim. Çölə çıxanda şoka düşdüm. Hələ də dizlərim əsir. Cavan və yaraşıqlı bir uşaq idi. 14-cü mərtəbədən atıb özünü. Çiynində də çantası vardı. Kitab-dəftərləri yerə dağılmışdı”.

Satıcı xanım danışdıqca yaxınlıqdakı qonşular başına toplaşır, söylədiklərinə qulaq kəsilirlər:

- Əvvəlcə təcili yardım gəldi. Sonra polis... 3-cü bölmənin əməkdaşları gəlib araşdırma apardılar.

- Tanıyırdınızmı uşağı?

- Xeyr, tanımırdım, burada yaşayan deyil. Dedilər ki, Tağıyev qəsəbəsində yaşayır.

- Kim dedi, haradan bildiniz ki, orada yaşayır?

- Şəxsiyyət vəsiqəsi üstündə idi. Oradan biliblər. Biz də elə burada eşitdik.

Satıcı intihar anını elə anbaan danışır:

- Tappıltını eşidəndə dik atıldım. Bayıra çıxdım. Gördüm ki, üzü-üstə yerə düşdü. Səkinin kənarına düşmüşdü.

Başqa bir xanım dillənir:

- Əvvəlcə çırpındı, sonra keçindi. Qanı buralarla bir idi. Sonra yuyub təmizlədilər.

Bu binada ilk intihar deyil...

Bina sakinləri bildirir ki, burada baş verən ilk intihar hadisəsi deyil. Daha dəqiq desək, son beş ayda 3-4 intihar hadisəsi baş verib. Sakinlər deyir ki, bundan sonra 9 nömrəli binada intihar halları qaçılmazdır. Çünki binanın damına çıxış qıfıllanmır. Satıcı ilə söhbətləşirik, deyir ki, iki həftə əvvəl də burada intihar hadisəsi olub. Həmin şəxs də Faiqin intihar etdiyi yerdən özünü atıb:

"Bizim binanın liftləri işləmir. Ona görə də insanlar digər bloklara çıxmaq üçün gəlib buradan 14-cü mərtəbənin damına çıxırlar. Bəziləri isə şəhər yaxşı göründüyü üçün buraya çıxır. Şəkillər çəkdirirlər. Əsasən də yeniyetmələr... Dəfələrlə "JEK”-ə müraciət etmişik. Demişik ki, gəlin girişi bağlayın. Amma bir tədbir görməyiblər”.

17 yaşlı Faiqin özünü atdığı yerə qalxırıq. Vahiməli, dar və qəzalı vəziyyətdə olan pilləkənlərlə yuxarı qalxdıqca ayağımızın altında şprislər xırçıldayır. Sakinlər deyir ki, gecələr narkomanlar burada "at oynadır”.

"Ailənin tək uşağı idi...”

Biz Tağıyev qəsəbəsinin Şirvan məhəlləsinə çatanda artıq Faiq Rüstəmovun cənazəsi ekspertizadan yenicə gətirilmişdi. İçəridə və həyətdə xeyli adamlar toplaşmışdı.

Qohumlarla, qonşularla söhbətləşdik. Deyirlər ki, Faiq dərslərini çox yaxşı oxuyurmuş, sınaq imtahanlarındakı göstəriciləri də yaxşıymış:

- Ailənin aman-zaman, tək uşağı idi. Sınaq imtahanlarında 450-500 bal yığırdı.

- Bəs niyə özünə qəsd edib ki?

- İstədiyi balı toplaya bilməyib. Deyirlər ki, ona görə, özünü öldürüb.

- Çoxdan hazırlaşırmış?

- Hə, iki il idi ki, hazırlaşırdı. Onuncu və on birinci sinifləri Sumqayıtda müəllim yanına gedib.

- Axı imtahan dünən keçirilib, bəs bu gün niyə intihar edib?

- Cavabları bu gün öyrənib. Öyrənən vaxt da Sumqayıtda olub.

Niyə bəs Sumqayıtda?

Qonşuların və yaxınlarının sözlərinə görə, Faiq bu gün intihar etdiyi yerə - 14-cü mərtəbəyə ilk dəfə deyil çıxırmış. O, dəfələrlə hazırlıq yoldaşları və dostları ilə həmin yerə qalxıblar. Şəkillər çəkdiriblər, selfilər ediblər. Dəfələrlə şəhərin mənzərəsinə məhz buradan baxırlarmış. Nəticəni öyrəndikdən sonra hazırlaşdığı məkana yaxın yerdə olan bu binaya gedib və özünü atıb.

Həkim olmaq istəyirmiş...

Yas yerinə gələnlər öz aralarında söhbətləşir, biz də qulaq kəsilirdik. Öyrəndik ki, Faiqin anası onkoloji mərkəzdə çalışır. Həkimdir. Faiq də Tibb Universitetinə qəbul olmaq istəyirmiş, amma balı yetərli olmayıb.

Faiq atasız böyüyüb

Qonşu və qohumların sözlərinə görə, Faiq atasız böyüyüb. Hələ körpə yaşlarından atası ilə anası ayrılıb. Anası övladına təhsil vermək üçün övladına hər cür şərait yaradıb. Dərslərinə birbaşa nəzarət edib.

Müəllimlərin sevimlisi olub

Faiq Rüstəmov Tağıyev qəsəbəsindəki 32 saylı məktəbdə təhsil alıb. Məktəbin müəllimi Kərim Kərimovun sözlərinə görə, hələ də Faiqin intihar etməsi xəbərinə inana bilmir:

"Gözəl bir ailənin uşağı idi. Çox tərbiyəli, fərasətli uşaq olub. Güclü yaddaşı vardı. Sakit uşaq kimi xatırlayıram. Tərbiyəsinə söz ola bilməzdi. Niyə belə edib, bilmirəm. Dərslərini də çox yaxşı oxuyurdu”.

"Anan ölsün, ay Faiq...”

Cənazə qapıdan çıxarılanda orta yaşlı bir xanımın "anan ölsün, ay Faiq!!!” – harayı ilə torpağın üstünə yıxılıb ağladığını, saçlarını yolduğunu gördük.

Kimliyini bilmədiyimiz bir xanım isə cənazənin tərpənməsinə icazə vermir "hara gedirsən?” deyə qışqırırdı. Sonradan öyrəndik ki, Faiqin anası imiş...

Qadınlar toy xonçaları ilə cənazənin önünə keçdilər. İzdiham tərpəndi...

///APA

Həkim olmaq istəyirdi, özünü öldürdü - Sumqayıtda abituriyentin intiharının dəhşətli təfsilatı
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?