Azərbaycanda hər kəs Fəxri Xiyabanda baş verən bu biabırçılıqdan danışır - FOTOLAR
Hadise
Oxunub: 613
17 may 2018 | 20:53
Azərbaycanda hər kəs Fəxri Xiyabanda baş verən bu biabırçılıqdan danışır - FOTOLAR














Bakının II Fəxri Xiyaban və onunla üzbəüz yerləşən Yasamal qəbiristanlığında ("Dağüstü qəbiristanlığı") qəbiristanlığında mərmər və bürüncdən hazırlanmış qəbirüstü abidələrin kütləvi oğurluğu baş verib. Vandalizmə məruz qalanlar arasında bir sıra görkəmli xadimlərin də məzarları var.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, əsasən qara və qırmızı mərmər, eləcə də tuncdan olan xatirə lövhələri, məzar daşları, abidələr bir neçə gün əvvəl oğurlanıb.

Vandalizmə məruz qalan məzarlardan biri İsgəndər Sadıq oğlu Cəfərova məxsusdur, onun II Fəxri Xiyabanın girişi ilə üzbəüzdə yerləşən, qara mərmərlə işlənmiş məzarından mərmər heykəli oğurlanıb.

Azərbaycanda hər kəs Fəxri Xiyabanda baş verən bu biabırçılıqdan danışır - FOTOLAR

"İsgəndər Cəfərovun oğlanları Moskvada "Lukoyl" şirkətində böyük vəzifələrdə işləyirlər. Atalarının məzarüstü abidəsinin hazırlanmasına on minlərlə dollar pul xərcləyiblər. Gəlib baxdılar, məzarın bu hala salınmasından çox əsəbləşdilər, yəqin ki, polis tezliklə oğruları həbs edəcək", -qəbirstanlıqdakı mollalardan biri məlumat verir.

Sayt dəqiqləşdirib ki, mərhum İsgəndər Sadıq oğlu Cəfərov akademikdir, Rusiyadakı azərbaycan diasporunun fəallarından biri olub və biznesmen-oliqarx, Putinin dostu İlham Rəhimovun qudasıdır. O, 2013-cü ildə vəfat edib.

II Fəxri Xiyabanla üzbəüzdə mərhum Cəfər Quliyevin də qara mərmərdən olan başdaşının üstündən heykəlini kəsib götürüblər. Molla deyir ki, mərhum bu yeri nənəsinə görə götürüb, özünün təşəbbüsü ilə ətraf qara mərmərdən döşənib. Amma qəflətən özü dünyasını dəyişib.

Azərbaycanda hər kəs Fəxri Xiyabanda baş verən bu biabırçılıqdan danışır - FOTOLAR

"Cəfər çox hörmətli şəxs idi, Sumqayıtda zavodu vardı. Biliblər ki, abidə qiymətli mərmərdən hazırlanıb, oğurlayıb aparıblar", -adının açıqlanmasını istəməyən molla əlavə edib.


II Fəxri Xiyabanın çölündəki məzarlıqdakı üstü qırmızı mərmərdən olan köhnə qəbir də yararsız hala salınıb. Məzarın üstündə mərhumun ad-soyadı yazılıb-Nadir Adil oğlu Əliyev.

Qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər. Mollalar deyirlər ki, son vaxtlar qəbirstanlıqlar hədəfə götürülüb, misdən, bürüncdən olan nə varsa sökülərək aparılır.

"Bir də görürsən ki, məzar daşı yerli-dibli çıxarıb aparıblar. Qəbirstanlıq çox böyükdür, nəzarət etmək mümkün deyil. Oğurluq gecə baş verir, rusların qəbirlərindəki dəmirdən olanları çıxarırlar, bizimkilərin mərmər daşları oğurlanır"-molla deyir.
II Fəxri Xiyabanda da oğurluq olub. Baxmayaraq ki, oranın nəzarətçisi hadisəni ciddi-cəhdlə gizləməyə çalışdı: "Rəhbərlik oğurluq hadisəsi ilə bağlı polisi məlumatlandırır. Hər bir xəbər mərhumun yaxınları tərəfindən narahatlıqla qarşılanır, xahiş edirik yazmayın. Bura ancaq polisə girə bilərsiniz, bizə belə deyiblər".

Xiyabanın ərazisində çalışanlardan isə öyrənirik ki, aprelin sonunda tanınmış rəssamlardan birinin məzarının üstündə adı yazılmış hərfləri oğurlayıblar. Xalq artistlərdən birinin məzarından isə mərmərdən düzəldilmiş çalğı alətini götürüblər.

II Fəxri Xiyabanın nəzarətçisi bildirib ki, xiyabanın girişində müşahidə kameraları quraşdırılıb. Oğrular gecə gəlirlər və giriş qapısından deyil, hasardan düşürlər. Buna görə də onları yaxalamaq asan olmur.

Azərbaycanda hər kəs Fəxri Xiyabanda baş verən bu biabırçılıqdan danışır - FOTOLAR

Azərbaycanda hər kəs Fəxri Xiyabanda baş verən bu biabırçılıqdan danışır - FOTOLAR
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE