Erməni müstəntiqlər biznesmen Mehman Quliyevə işgəncə verib - "Toka" qoşanda az qala tavana qədər sıçradım”
Hadise
Oxunub: 587
20 may 2018 | 20:17
Erməni müstəntiqlər biznesmen Mehman Quliyevə işgəncə verib - "Toka" qoşanda az qala tavana qədər sıçradım”














Rusiyanın Stavrapol vilayətində Azərbaycan vətəndaşı, qanunsuz silah və narkotik dövriyyəsində ittiham olunaraq ötən ilin martında həbs edilən biznesmen Mehman Quliyevin işi üzrə məhkəmə prosesi gedir.

Virtualaz.org "Kavkazskiy uzel" portalına istinadla xəbər verir ki, təqsirləndirilən Quliyevin qardaşı bu cinayət işinin qurama olduğunu, Mehmandan istintaqda ifadəni işgəncə altında, toka verməklə aldıqlarını deyib. Məhkəmədə Mehmanın qohumları da iştirak ediblər, ancaq qardaşı Rasimdən başqa onların heç biri cinayət işinə və irəli sürülən ittihamlara dair fikir bildirməyiblər. Çünki "problemlə qarşılaşmaq" istəməyiblər.

Mehman Quliyev Azərbaycan vətəndaşı olduğundan onun azərbaycanlı diplomatların da dəstəyinə ümid etmək haqqı var, amma Azərbaycanın konsulluq əməkdaşları bir dəfə də olsun onun məhkəməsinə getməyiblər. Qardaşının dediyinə görə o, vəkil Ələddin Musayevlə birlikdə diplomatik nümayəndəliyə gediblər, amma orada deyiblər ki, 10-15 diplomatın Rusiyada yaşayan hər azərbaycanlının problemi ilə məşğul olmağa imkanı yoxdur.

Rasimin dediyinə görə, Mehmanın işi onların bizneslərini əllərindən almaq üçün saxtalaşdırılıb. Həbsdəki biznesmenin qardaşı iş üzrə hər iki müstəntiqin erməni olduğuna da diqqəti cəlb edib. "Dağlıq Qarabağ problemi Rusiyada yaşayan azərbaycanlılarla ermənilərin münasibətlərinə də təsir edir. Mən hesab edirəm ki, Mehmanın işinə qəsdən erməni müstəntiq cəlb ediblər, hesablayıblar ki, o istintaq üçün şübhə doğuran məqamlarla bağlı dərinə getməyəcək. Amma birinci müstəntiq məsuliyyətli və ağıllı adam idi, ona görə də işi ikinci müstəntiqə-yenə də erməniyə verdilər", - Rasim Quliyev deyir.

Məhkəmədə vəkil deyib ki, müdafiə etdiyi şəxs rus dilini pis bilir və onun adından yazılan ifadəyə məcburi qol çəkib. Çünki Quliyevə işgəncə veriblər, onun hər iki əlinin barmaqlarında toka verilmənin izləri var. Məhkəmədə prokuror bu xəsarət izlərinin həqiqətən işgəncə nəticəsində yarandığını dəqiqləşdirmək üçün təkrar ekspertiza barədə vəsadət qaldırıb.

Mehman Quliyev özü isə məhkəmədə əllərinin barmaqlarında, boynunda və çənəsində toka verilmə nəticəsində yaranan xəsarət izlərini göstərib: ""Toka" qoşanda az qala tavana qədər sıçradım".

Mehmanın qardaşı deyir ki, həbsdən əvvəl güc strukturlarının əməkdaşları onları təhdid edirdi və xəz biznesindən əl çəkməyi tələb edirdi. "Yanıma gəlib hədələdilər ki, əgər xəz alverindən əl çəkməsəm qardaşımın gününə salacaqlar. Bundan sonra oğlum-Azərbaycan vətəndaşı saxlanıldı və Azərbaycana deportasiya edildi. Hansı ki, onun Rusiyada yaşamaq icazəsi var idi", - Rasim deyir.

O bildirir ki, təzyiqlər nəticəsində biznesi əlindən çıxıb, hazırda Rasim Mehmanın Azərbaycanda yaşayan ailəsinin, həm də öz ailəsinin qayğısına qalmağa məcburdur. Mehmanın Azərbaycanda arvadı və üç azyaşlı uşağı yaşayır.

Biznesmen Mehman Quliyev ötən il martın 7-də Stavrapolda OMON-un iştirakı ilə həbs edilib. Istintaqın versiyasına görə onun avtomobilindən narkotik və patronlar aşkar olunub.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)