Bakıda qadın 5-ci mərtəbədən belə yıxıldı- Video
Hadise
Oxunub: 1 503
16 fev 2015 | 14:42
Bakıda qadın 5-ci mərtəbədən belə yıxıldı- Video



Bu gün saat 11 radələrində Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada bədbəxt hadisə baş verib.



Azerinfo.az xəbər verir ki, "Yeni Müsavat" qəzetinin əməkdaşlarından birinin verdiyi məlumata görə, o, həmin hadisənin şahidi olub: "Biz körpünün üstündən gördük ki, doqquzmərtəbəli binanın beşinci mərtəbəsində bir gənc qadın eyvanda sallanan, ərinin və ya qardaşının əlindən yapışıb qışqırır. Artıq aşağıda adamlar da yığışmışdı. Görünür, onlar bir neçə dəqiqə idi ki, bu vəziyyətdə idilər. Qəfildən qadın əlini buraxdı və gözlərimizin önündəcə yerə çırpıldı".

Məsələ ilə bağlı dərhal adı çəkilən ünvana yollandıq. Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri gəlib. O, biri müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Aşağıda dayanmış adamlar onu təcili olaraq xəstəxanaya çatdırıblar.

Şahidlər deyirlər: “Biz qadının səsinə gəldik. Gördük ki, balkondan sallanıb və kömək istəyir. Onun həyat yoldaşı isə əllərindən tutub, yuxarı çəkmək istəyir. Amma gücü çatmırdı. Üstəlik həyəcanlı olması da hiss edilirdi. Biz kömək etmək istəyirdik, amma bu, qeyri-mümkün idi. Çünki mənzilin qapısı bağlı idi. Nə xanımın əri qadının əllərini buraxıb, qapını aça bilərdi, nə də biz 5-ci mərtəbəyə başqa yolla qalxa bilərdik.

Aşağıda dayanaraq, qadını tutmağa çalışdıq. Amma alınmadı. Qadın yerə düşən zaman birinci mərtəbədəki mənzilin balkonundakı üst örtüyə çırpıldı. Ona görə də tuta bilmədik. Amma bəxti gətirdi ki, yer beton deyildi. Sadəcə palçıq idi. Qadın yerə düşən kimi onu dərhal hospitala apardıq. Ölməmişdi, sağ idi. Başı arxadan qanamışdı. O da yerə düşəndə 1-ci balkondakı örtüyə çırpıldığına görə idi.

Mənim üstüm gördüyünüz kimi qan içindədir. Vətəndaşlıq borcumu yerinə yetirib, qadına köməklik etdim. Apardıq hospitala. Qadının sol qolu qırılmışdı. Ağrıdan huşunu da itirdi. Beli üstə düşdüyü üçün nisbətən az xəsarət alıb. Amma indi vəziyyəti necədir, onu bilmirəm”.

Məsələ ilə bağlı “Modern” hospitalı ilə əlaqə saxladıq. Hospitaldan verilən məlumata görə, qadının vəziyyəti çox ağırdır: “Xəstə Lalə Bayramovanı bizə ağır vəziyyətdə gətiriblər. Hazırda onun vəziyyəti çox pisdir. Bədənin müxtəlif hissələrində, körpücük və onurğa sümüyündə sınıqlar var”.

Ətrafda olanlardan biri qadının eyvandan sallanma və aşağı düşmə epizodunu mobil telefonla lentə alıblar. Həmin videonu təqdim edirik:


Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...