2-06-2018, 09:40 Oxunub: 182
Hacıqabulda baş verən qəza ilə bağlı rəsmi AÇIQLAMA

Hacıqabul rayonu ərazisində baş verən yol qəzası zamanı hadisə yerinə ilk olaraq Dövlət Yol Polisi əməkdaşları gəlib və sərnişinlərə operativ yardım göstərilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.
O.Mansurzadənin sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək təcili tibbi yardım briqadası çağırıb:
"Polislər hadisə nəticəsində panikaya düşən sərnişinlərə psixoloji yardım göstərib, ilk olaraq polis əməkdaşları xəsarət alan 1 nəfərin xəstəxanaya yerləşdirilməsinə yardım ediblər. Ehtiyac olan digər sərnişinləri də digər rayonların tibb müəssisələrinə yola salıblar. Daha sonra yol polisləri əraziyə başqa sərnişin avtobusu dəvət edib, sərnişinləri həmin avtobusla Bakıya yola salıblar. Həmin turist sərnişinlər yol polisinin müşaiyəti ilə Bakıdakı müvafiq ünvanlara çatdırılaraq təhvil verilib”.
Qeyd edək ki, bu gün günorta saatlarında Bakı-Qazax yolununun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Tiflisdən Bakıya doğru hərəkət edən turist avtobusu "KamAZ” markalı yük maşını və "Mercedes” markalı avtomobillə toqquşub. Avtobusun sərnişinləri Bakıya ekskursiyaya yollanan Gürcüstanın Qori şəhərinin orta məktəb şagirdləri və onları müşayiət edən valideynlər olub.
Hadisə vaxtı avtobusda 20 şagird və 10 valideyn olub. Hadisə nəticəsində 18 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.
XƏBƏR LENTİ
13:18 | Sellofan formalı “kiçik Messi”nin anası danışdı — “Hər gün ölüm qorxusu ilə yaşayırıq” 13:00 | Kamal Abdulladan təqaüdlərin artırılmasına — MÜNASİBƏT 12:43 | Əkizləri bir də makiyajsız görün — FOTO 12:30 | Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağdan danışdı 12:16 | Dünya mediası Putini “nokauta salan qadın”dan danışır – Fotolar 12:00 | Efirdə Elarizi təhqir etdilər: “Bunun keçəlinə baxın” – Video 11:47 | Azərbaycanın ən varlı rayonları açıqlandı 11:30 | Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam 11:12 | İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir” 11:00 | Elməddin: “Polisə müraciət etməmiş öz xoşunla…” – Video 10:39 | “Təxribatlara uymayın” – Rusiya azərbaycanlıları 10:21 | Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan – VİDEO 10:11 | “Sarı jiletlər”in etiraz aksiyası başladı 10:00 | Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA 09:45 | Evlilik təklifilə gündəm olan nişanlı cütlük, müğənni ilə şairə ayrıldı – VİDEO