Bu yollarda sürüşmə var — Sürücülərin nəzərinə
Hadise
Oxunub: 550
2 in 2018 | 21:53
Bu yollarda sürüşmə var — Sürücülərin nəzərinə















“Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Avtomobil yolunun sol yamac hissəsində olan çatların və qırılma qaşının ölçülərində artım qeydə alınıb”.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə. Qaralov bildirib ki, Şamaxı şəhərinin 48-A məhəlləsindəki sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri də artıb, sürüşmə sahəsində aktivlik müşahidə olunur:
“Bundan başqa, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, lokal sahələrdə uçqun olub. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib. Xızı-Altıağac avtomobil yolunun 1-ci və 11-15-ci kilometrliklərində sürüşmə sahələrində aktivlik baş verib, avtomobil yolu boyu yeni uçqun-töküntü prosesləri müşahidə edilib”.

Ekspedisiya rəisi deyib ki, Astarada Deqədi-Pəlikəş avtomobil yolunun 5,7,8 və 10-cu km-liyində uçqun və sürüşmə sahələri aktivləşib, yolboyu bir neçə yerdə yeni sürüşmə, oturma prosesləri qeydə alınıb: “Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci kilometrliklərində atmosfer yağıntılarının təsirindən yolboyu yamacın bir neçə yerində yeni uçqun və sürüşmə sahələri əmələ gəlib. Lənkəranın Gəgiran kəndində də yeni sürüşmə və uçqun sahələri əmələ gəlib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunu 12-ci kilometrliyindəki sürüşmə sahəsində isə nisbi aktivlik müşahidə edilib, yolboyu avtomobil yolunun hərəkət hissəsində çökmə-oturma prosesləri çoxalıb”.

Ə. Qaralov qeyd edib ki, Masallıda Zuvand sürüşmə sahəsi aktivləşib, rayonun Güllütəpə sürüşmə sahəsinin parametrləri artıb: “Bundan əlavə, Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25 və 4-26-cı kilometrliklərində müşahidələr zamanı sürüşmə və uçqun sahələrində aktivlik qeydə alınıb”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...