Bakı metrosunda həyəcan
Hadise
Oxunub: 1 389
17 fev 2015 | 13:26
Bakı metrosunda həyəcan


Sərnişin məsuliyyətsizliyi eskalatorun dayanmasına səbəb olub


Növbətçi Bu gün səhər saat 08 radələrində Bakı Metropolitenində nasazlıq baş verib.

Azerinfo.az-ın ANS PRESS-ə istinadən yaydığı məlumata görə, hadisə metronun "Elmlər Akademiyası" stansiyasında qeydə alınıb.

Belə ki, sərnişinlərin sıx olduğu bir vaxtda stansiyanın çıxış istiqamətində işləyən eskalatoru dayanıb. Nəticədə eskalatorla yuxarı qalxan sərnişinlər təşviş keçirib.

Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb. Təxminən 5 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla qalxmalı olublar.

"Elmlər Akademiyası" stansiyasının növbətçisi sərnişinlərə eskalatorun naməlum səbəbdən dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı tövsiyyə edib.

"Hörmətli sərnişinlər, ehtiyatlı olun. Eskalator anidən işə düşə bilər və yıxıla bilərsiniz", - deyə növbətçi bildirib.

Eskalator bir neçə dəfə geriyə və irəli işləyib. Sonra isə yenidən işə düşüb.

Hadisə ilə bağlı Bakı metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə sərnişinlərdən birinin məsuliyyətsizliyi ucbatından baş verib.

“Hadisə saat 08:40-da baş verib. Sərnişinlərdən biri heç bir səbəb olmadan eskalatorun təcili dayandırma düyməsini basıb. Təcili hadisə yerinə mütəxəssislər və polis əməkdaşları cəlb olunub. Araşdırmalar aparılıb və eskalatorun heç bir səbəb olmadan dayandırıldığı məlum olub. Eskalator saat 08:44-də təkrar işə salınıb”, - deyə Nəsimi Paşayev bildirib.

Hadisə zamanı heç kəs xəsarət almayıb. Lakin sərnişinlər narahatlıq keçirib. Bu səbəbdən belə hadisələrin baş verməməsi üçün Nəsimi Paşayev vətəndaşlara müraciət edib:

“Gərək hər kəs etdiyi əməlin nəticəsini dərk etsin. Biz eskalatoru dayanan kimi işə sala bilmərik. Onun hansı səbəbdən dayandırıldığı yoxlanmalıdır. Bu vaxt aparır. Buna qədər sərnişinlər əziyyət çəkir. Ona görə də, xahiş olunur ki, metropolitendə hansısa əməliyyatı yerinə yetirərkən son dərəcə diqqətli olun. Çünki məsuliyyətsiz hərəkət çoxsaylı insanın əziyyət çəkməsinə səbəb ola bilər”.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO