“Xəstəxanada anamı öldürüb, üzüyünü barmağından çıxarıblar” - Bakıda daha bir həkimə qarşı ÖLÜM İDDİASI
Hadise
Oxunub: 463
9 in 2018 | 18:55
“Xəstəxanada anamı öldürüb, üzüyünü barmağından çıxarıblar” - Bakıda daha bir həkimə qarşı ÖLÜM İDDİASI
















2 aya yaxındır ki, 53 yaşlı Xəzanə Əliyeva həkim səhlənkarlığının qurbanı olub. “Zob”dan əməliyyat olunan qadın 1 gün sonra elə xəstəxanadaca dünyasını dəyişib. Ailəsi bildirir ki, baiskar isə M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrah-endokrinoloqu Fəridə Saidovadır.

Bu iddia ilə “Cümhuriyət” qəzetinə müraciət edən mərhumun oğlu Vüqar Əliyev anasının ölümündə birbaşa cərrah Fəridə Saidovanı günahkar bilərək onun tezliklə cəzalandırılması tələbi ilə çıxış edib. Şikayətçi bildirir ki, anası 1999-cu ildən hipotireoidizm xəstəliyi- yəni “zob”dan əziyyət çəkib.

Vaxtaşırı həkimə müraciət edib, müalicələr alıb, dərman qəbul edib, bir sözlə, sağlam həyat tərzi yaşayıb:

“Artıq son vaxtlar anamın xəstəliyi ona təngənəfəslik verirdi, ciddi narahatlıq yaradırdı. Xəstəlikdən qurtulmağa tələsirdi. Bir neçə yerdə analiz versək də, M.A.Topçubaçov adına Elmi-Cərrahiyyə Mərkəzində Fəridə Saidovanın üzərində dayandıq. Verilən analizlərin cavabları yaxşı çıxdığından həkim anamın əməliyyata tam yararlı olduğunu dedi.

Beləliklə də anam aprelin 27-də Səhiyyə Nazirliyinin tabeliyində olan akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində tibb elmləri doktoru, professor cərrah-endokrinoloq Fəridə Saidova tərəfindən əməliyyat olunub. Əməliyyat bitən kimi həkimə ilk sualım “əməliyyat necə keçdi” oldu. Həkim əməliyyatın çox ağır keçdiyini deyərək, qanaxmanı güclə saxladığını bildirdi. Buna baxmayaraq əməliyyatdan bir saat sonra onu ümumi palataya köçürdülər. Halbuki ağır əməliyyatdan çıxmış xəstələrin hamısı ilk növbədə reanimasiyaya yerləşdirilir. Palatada qaldığı bir neçə saat ərzində də vəziyyəti ağır idi. Halı özündə deyildi. Əməliyyatdan sonra ona katetir belə taxılmamışdı. Həmin gün narkozdan 12 saat sonra anam çox ağır halda ayılaraq kəskin ağrılar keçirib.

Gecə tibb bacısı ona 3 iynə vurulduqdan sonra normal yatıb və səhər də normal oyanıb. Lakin ağrıları da kəskin olaraq qalıb. Oyandıqdan sonra anam sidiyə getmək istədiyini lakin gedə bilmədiyini, ağrıları olduğunu həkimə bildirib. Həkim isə öz növbəsində onun nə üçün ayağa qaldırılmadığına, gəzdirilmədiyinə, ayaq yoluna aparılmadığına irad bildirib və qeyd olunanların edilməsini tələb edib. Bacım və yoldaşım həkimin dediklərinə əməl edərək elə onun yanında anamı otaqda gəzdirib, ayaq yoluna aparıblar. Bu an ayaq yolunda vəziyyəti pisləşib və yerə yıxılıb. Həkim anama ilkin tibbi yardım göstərmək əvəzinə digər həkim anestezioloqu çağırmaq bəhanəsilə tez-tələsik palatanı tərk edib və geri qayıtmayıb. Xeyli müddət keçdikdən sonra tənəffüs aparatı ilə geri qayıdıb. Anamı müayinə edərək trombembaliya diaqnozunu səsləndirib və onun geri reanimasiyaya aparılmasına göstəriş verib”.

Şikayətçi deyib ki, anası əməliyyata girməmişdən əvvəl üzərində olan qızıl bilərzik və üzüyü çıxarılaraq yaxınlarına təslim edilib. Palataya yerləşdiriləndən sonra isə anası üzüyün barmağına salınmasını istəyib: “Anam danışa bilmirdi. İşarə ilə üzüyün barmağına salınmasını istədi. Çünki üzüyün onun üçün xüsusi anlamı var idi. O, reanimasiyaya aparılanda da üzük onun sol əlinin barmağında idi. Reanimasiyaya gedəndən bir saat sonra anamın dünyasını dəyişdiyi bildirildi. O hadisədən sonra həkimi xəstəxanada tapa bilmədim, qaçıb gizlənmişdi. Ən dəhşətlisi odur ki, xəstəxanada anamın barmağındakı üzük də oğurlanıb. Dünyasını dəyişəndən sonra anamı məscidə yumağa aparanda bacım barmağında üzüyün olmadığını sezib. Həmin vaxt bunu mənə də dedi. Amma mən onda üzük hayında deyildim, yəni buna o qədər əhəmiyyət vermədim. Sonradan konkret əmin olduq ki, həqiqətən də anam reanimasiyaya aparılanda üzük barmağından oğurlanıb”.

Vüqar Əliyev iddia edib ki, ölüm hadisəsindən sonra dəfələrlə müraciətinə baxmayaraq, xəstəxanaya polis gəlməyib: “Anamın cansız bədəni ilə xəstəxanada təkbətək qalmışdıq, nə həkimlərdən, nə də polis əməkdaşlarından gələn oldu. Anamın dünyasını dəyişməsi ilə bağlı polisin klinikaya gəlmədiyini gördükdə, özüm dəfələrlə 102 xidmətinə müraciət etdim və şikayətimi bildirərək tədbir görülməsini tələb etdim. Lakin heç bir polis əməkdaşı hadisə yerinə gəlmədi və məsələni araşdırmadı. Hətta həkimlər tərəfindəndən də insan ölümü ilə bağlı polisə məlumat verilməmişdi. 4 saat gözləyəndən sonra anama artıq əziyyət vermək istəmədim və dəfn olunmasına çalışdım”.

Şikayətçi hesab edir ki, anası həkim Fəridə Saidova və anestezioloq Nizami adlı şəxs, eləcə də digər həkimlərin səhlənkarlığı ucbatından ona vaxtında lazımi səviyyədə tibbi yardım göstərilməməsi nəticəsində dünyasını dəyişib: “Anam öz ayaqları ilə sağlam vəziyyətdə klinikaya müraciət edib. İndiki vəziyyətdə, tibb elminin inkişaf etdiyi bir dövrdə ən asan əməliyyat hesab olunan “zob”dan sağlam insanın dünyasının dəyişməsi ən böyük cinayətdir. Həkim səhlənkarlığı bizi anasız qoydu. Tələbim anamın ölümünə səbəb olan şəxslərin əməllərinin müvafiq orqanlar tərəfindən araşdırılaraq, qanunvericiliklə müəyyən olunmuş həddə tədbir görülməsidir. Belə həkimlər cəzalanmalıdır ki, digərlərinə də dərs olsun. Dövlət orqanlarından anamın dünyasını dəyişməsinə səbəb olmuş halların araşdırılmasını, günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini və anamın dünyasını dəyişdikdən sonra barmağından oğurladıqları mənə anamdan yadigar olan qızıl üzüyünün qaytarılmasını tələb edirəm”.

Sözügedən iddialarla bağlı Səhiyyə Nazirliyinin tabeliyində olan akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində tibb elmləri doktoru, professor ,cərrah-endokrinoloq Fəridə Saidovanın mövqeyini öyrəndik. Həkim şikayətçi Vüqar Əliyevin anasının ölümü ilə bağlı dediklərinin həqiqətəuyğun olmadığını deyib: “Mən Vüqar Əliyevlə bağlı heç bir suala cavab vermək istəmirəm. Bu məsələdə heç bir problem yoxdur. O, nə yazıb, nə deyibsə, özü bilər. Qadının ölümündə bizim nə günahımız, nə də başqa bir şey var. Bir daha təkrar edirəm, şikayətçinin dedikləri sadəcə onun öz fikirləridir. Heç bir şey elə olmayıb. O, nə deyibsə, hamısı yalandır. Lazım olan qurumlar bu məsələ ilə artıq məşğul olur. Onun özünə də deyiblər ki, dedikləri düzgün deyil”.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi