Paytaxtda zəncirvari yol qəzaları baş verib
Hadise
Oxunub: 1 462
19 fev 2015 | 18:49
Paytaxtda zəncirvari yol qəzaları baş veribBakının Zabrat Maştağa yolunda 1 nəfərin ölümü 5 nin isə yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Sabunçu və Yasamalda qeydə alınan qəzalarda isə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Paytaxtın Zabrat Maştağa yolunda baş verən qəza zamanı sürücü 20 yaşlı Elsevər Səttarov idarə etdiyi "KİA" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi ara yoldan magistrala çıxmaq istəyən 39 yaşlı Rüfət Həşimova məxsus "Honda" markalı avtomaşına çırpılıb. Sükana sahib ola bilməyən sürücü maşınını əvvəlcə "Opel"ə, daha sonra isə VAZ-2107 markalı avtomobilə vurub. Baş verən qəzada hər iki avtomobilin sürücüsü və "Honda"da olan sərnişinlər Aleftina Axundova, Emil Həşimov, Ömər Həşimov və İradə Axundova ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, yaralı Aleftina Axundova reanimasiya şöbəsində dünyasını dəyişib. Digər yaralılara yardım göstərilib, vəziyyətləri kafi olaraq qalır.
Gecə saatlarında paytaxtın Yasamal rayonu Mətbuat prospektində də zəncirvari yol- nəqliyyat hadisəsi baş verib. "Mersedes" markalı avtomobil üzü Mətbuat-Müşfiq dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan Volksvagenə o da öz növbəsində xanım sürücünün sükanı arxasında olduğu "KİA"ya çırpılıb. Baş verən qəzada xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib. Qəzadan sonra prospektdə tıxac yaranıb.
Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ərazisində baş verən qəza zamanı isə avtomobil dərin quyuya yuvarlanıb. Sürücü Əhəd Nemətov taksi kimi idarə etdiyi "Fiat" markalı minik avtomobili ilə üzü Şuşa şəhərciyi istiqamətində hərəkətdə olarkən avtomobili dərin çuxura salıb.

Hər üç faktla bağlı araşdırmalara başlanılıb.

Yevlax şəhəri, Heydər Əliyev prospektində də 2 ardıcıl avtomobil qəzası baş verib. Həmin prospektdə hərəkətdə olan Yevlax şəhər sakini, Şahin Rzazadənin idarə etdiyi "OPEL" markalı avtomobil ilə əks istiqamətdən gələn Ağdam rayon sakini Namiq Abdullayevin idarə etdiyi "VAZ 21 099" markalı maşın toqquşub. Bu hadisənin ardınca Yevlax şəhər sakini Seymur Hüseynovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil ilə eyni istiqamətdə hərəkətdə olan Yevlax rayon Səmədabad kənd sakini Samir Məmmədovun idarə etdiyi "Mercedes" toqquşub. Bu hadisəyə "VAZ 21 06"-nın sürücüsünün hərəkətdə olarkən manevr etmə qaydasını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir. Qəzalar zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Baş verən hadisələrlə bağlı araşdırmalar davam edir.

kepeztv.az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ