Göyçaylılar üçün sevincli gün - uçan körpü istifadəyə hazırdır
Hadise
Oxunub: 602
21 in 2018 | 14:54
Göyçaylılar üçün sevincli gün - uçan körpü istifadəyə hazırdır
















“Çınqıl mafiyası”nın məhv etdiyi Göyçay çayının məcrası bərpa olunmasa, gələcəkdə daha böyük fəlakətlər qaçılmazdır
İyunun 2-də Göyçay rayonunda Göyçay çayı üzərindəki uçan körpünün bərpası başa çatıb. Artıq təmir-bərpa işləri aparılmış hissədə asfalt örtüyü vurulur. İyunun 22-də körpünün istifadəyə veriləcəyi gözlənilir.

Nəzərə çatdıraq ki, Göyçayda gediş-gəlişi təmin edən yeganə körpünün uçmasının səbəbi uzun illər ərazində Göyçay çayının məcrasının daş-çınqıl karxanaları tərəfindən kortəbii şəkildə məhv edilməsi olub. Belə ki, son 15 ildə çayın yatağının 10-dan çox şirkət tərəfindən barbarcasına, normadan 20-30 dəfədən də artıq daşınıb aparılmasına, eyni zamanda çaya yeni çınqıl-qum gəlməsinin qarşısı bəndlə kəsildiyinə görə rayon ərazisində Göyçay çayının məcrası 3-7 metrdən 20-22, bəzi yerlərdə 35-40 metrə qədər dərinləşib. Bu səbəbdən çayın yatağı körpü olan hissədə də məhv olub, burada dərinlik 5-6 metrdən 18-20 metrədək artıb. Nəticədə çayda su yaz-yay aylarının spesifikasına uyğun şəkildə artan zaman körpünün yuyulma nəticəsində çöldə qalan istinad laylarını da uçurdu. Beləliklə, orada öncə piyada körpüsü tamamilə, ardınca isə avtomobil körpüsünün bir hissəsi uçub dağıldı.

Göyçaylılar üçün sevincli gün - uçan körpü istifadəyə hazırdır










Faktiki olaraq sabiq nazir Ziya Məmmədova, rayonun keçmiş icra başçıları Mübariz Ağayevə, Ərziman Əliyevə və digər şəxslərə bağlı olan, habelə ATF şirkətinin daş-çınqıl karxanalarının qanunsuz, kortəbii fəaliyyəti nəticəsində rayon təsərrüfatına, dövlətə milyonlarla manat ziyan dəyib.\
Göyçaylılar üçün sevincli gün - uçan körpü istifadəyə hazırdır










Uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünün 30 metrlik hissəsi dağılmış, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanmış, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. İyunun 3-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları körpünün bərpası işlərinə başlayıb. Əvvəlcə çayda suyun axın istiqaməti dəyişdirilib, yəni suyun kənardan mərkəzə yönəldilərək məcrasının əvvəlki vəziyyətə qaytarılması üçün tədbirlər görülüb.

Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan beton istinad divarı qurulub. Hazırda ərazidə torpaqbərkitmə işləri görülür. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Bu günədək əraziyə təxminən 20 min kubmetr torpaq tökülərək tarazlıq və bərkitmə işləri görülüb. Körpünün bərpası işlərinə 30-dan çox ağır texnika və 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilir. İnşaat işlərinin 22 iyunda başa çatdırılması və körpünün istifadəyə verilməsi nəzərdə tutulur.

Göyçaylılar üçün sevincli gün - uçan körpü istifadəyə hazırdır









Qeyd edək ki, körpünün dağılması səbəbindən iyunun 2-dən bəri sürücülər Göyçay-Ucar-Göyçay (Bərgüşad yolu) avtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedib-gəlirlər.

Xüsusi olaraq vurğulayaq ki, Göyçayda körpünün uçması ilə bağlı vəziyyəti ilk andan prezident İlham Əliyev nəzarətə götürüb. Prezidentin ciddi tapşırığından sonra körpünün 20 gün müddətinə istismara verilməsi üçün maksimum tədbirlər görülüb və qısa zamanda körpünün təmir-bərpa edilərək istfadəyə verilməsi mümkün olub.

Göyçaylılar üçün sevincli gün - uçan körpü istifadəyə hazırdır











Qeyd edək ki, “çınqıl mafiyası”nın qanunsuz fəaliyyəti ilə bağlı xeyli illər öncə müvafiq qurumlara rayon sakinləri tərəfindən şikayətlər edilib. 2014-cü ildə isə icra hakimiyyəti çayda təhlükəli vəziyyət yarandığı üçün daş-çınqıl karxanalarının fəaliyyətini yasaqlayan qərar verib. Ancaq şirkətlər buna məhəl qoymayaraq çay yatağını məhv etməkdə davam ediblər. Nəticədə gözlənilən fəlakət baş verib. Baş verən hadisə ilə bağlı cinayət işi açılıb, ekspertiza rəylərində Göyçay çayının məcrasının qanunsuz şəkildə talanması təsdiqini tapıb və 10-dək çınqıl karxanası sahibi həbs edilib. Rayon sakinləri bildirir ki, şirkətlərlə yanaşı sabiq nazir Ziya Məmmədov da məsuliyyətə cəlb edilməlidir, faktiki olaraq, rayondakı çayın məcrasını dağıdan iki böyük şirkət də birbaşa Z.Məmmədova aid olan ZQAN Holdinqə aiddir.

Ekspertlər bildirir ki, körpü istifadəyə verildikdən sonra təcili qaydada Göyçay çayının məcrasının əvvəlki vəziyyətinə qaytarılması üçün ciddi tədbirlər görülməlidir. Əgər çayın yatağı qalxmazsa, qarşıdakı aylarda, illərdə daha böyük fəlakətlər qaçılmaz olacaq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...