14-07-2018, 12:41 Oxunub: 91

Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü - Hadisə yerindən görüntülər

Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü - Hadisə yerindən görüntülər















Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 18 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında liftin trosu qırılıb.

APA TV xəbər verir ki, binanın 7-ci mərtəbəsində trosu qırılan lift birbaşa şaxtaya düşüb. Nəticədə həmin vaxt liftin içərisində olan 6 nəfərdən üçü - 1998-ci il təvəllüdlü Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16-17 yaşlarında adı hələlik məlum olmayan yeniyetmə oğlan ciddi xəsarətlər alıb. Onlar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər üçündə döş qəfəsinin sındığı müəyyən edilib. Digər zədələnən şəxslərə isə hadisə yerində yardım göstərilib.

Bina sakinlərinin sözlərinə görə, həmin lift nasaz vəziyyətdə olub və əvvəllər də oxşar hadisə yaşanıb.

Hadisənin təfərrüatları araşdırılır. Qəza ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara da məlumat verilib.


Bakıda görünməmiş lift fırıldağı: - İdarə oğurlanan hissəni sakinlərə satıb Bakıda görünməmiş lift fırıldağı: - İdarə oğurlanan hissəni sakinlərə satıb Hadise Mini-oliqarx Şükürov və Bakıda lift qəzaları Mini-oliqarx Şükürov və Bakıda lift qəzaları Sosial Bakıda faciə: fəhlə liftin şaxtasına düşüb öldü Bakıda faciə: fəhlə liftin şaxtasına düşüb öldü Hadise 400 minə toy edən məmur Lerik xəstəxanasına necə “atıb”? - Sensasion iddialar 400 minə toy edən məmur Lerik xəstəxanasına necə “atıb”? - Sensasion iddialar Sosial Bakıda bədbəxt hadisə - Qadın və kişi balkondan düşdü Bakıda bədbəxt hadisə - Qadın və kişi balkondan düşdü Hadise
Loading...