Diqqət!!! Bakıda işə düzəltmək adı ilə qızları…
Hadise
Oxunub: 487
25 avq 2018 | 09:00
Diqqət!!! Bakıda işə düzəltmək adı ilə qızları…















Bir həftə qabaq facebook sosial şəbəkəsində belə bir informasiya yayılmışdı: Bakı sakini Fariz Babayev (əsl adı Faiz Bastrakov – red.) guya işə götürən şəxs adından elan verərək, qızlara sərfəli iş və yaxşı maaş təklif edir. Nəzərə alanda ki, ölkənin əmək bazarında müəyyən problemlər və çətinliklər var, aydındır ki, belə vakansiyaya sahiblənmək istəyənlər çox olacaqdı.

Ancaq məlum olub ki, elandakı bütün bu yönəltmələr adi bir tələ yemi imiş: sən demə, F.Basrtakov, sadəcə, qızları və qadınları iş haqda “söhbət” adı ilə aldadıb tora salır və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışırmış – bəzilərini facebookda, bəzilərini – telefonda, bəzilərini isə – realda.

Belə bir alçaq hərəkətdən hiddətlənən qızlar artıq kütləvi şəkildə status paylaşaraq, xəbərdarlıq ediblər: Fariz Babayev dələduz və əclafdır, onun elanlarına uymayın! Facebookdakı müxtəlif qruplarda kütləvi statuslardan sonra F.Bastrakovun dələduzluğu haqda KİV-lər də yazıb.

Biz də biz növbəmizdə qərara aldıq ki, yoxlayaq görək, bütün bu tədbirlər qadınları “iş” adı ilə intim toruna salan fırıldaqçıya təsir edibmi?

Məlum oldu ki, F.Bastrakov hələ də iş başındadır, yəni yenə öz elanlarını facebookda dərc edir, müxtəlif qruplarda yerləşdirir və ən qəribəsi -öz fotosunu və telefon nömrəsini də gizlətmir.

Bir neçə gün öncə – məhz F.Bastrakov haqda KİV-lərdə silsilə məqalələr çıxanda mən onunla yazışdım. Əvvəlcə özünü ehtiyatlı apardı, o dəqiqə mənə cavab vermədi. Sonra cəsarətləndi və daha konkret yazmağa başladı.

Dialoq təxminən belə oldu: ona yazdım ki, ixtisarlar üzündən mənim işsiz qalan bir neçə rəfiqəm var. Bunu da bildirdim ki, həmin qızların sosial şəbəkələrə çıxışı yoxdur və o üzdən məndən xahiş ediblər ki, öyrənim görüm nə, necədir, həmçinin telefon nömrəsini xahiş ediblər.

O, mənə cavab verdi ki, onun sosial şəbəkədəki bütün qruplarını izləmək lazımdır. Maaş – günə 175 manatdır. Ancaq bundan ötrü onun yanına – ofisə gəlmək lazımdır və şəxsi görüş zamanı detalları müzakirə edəcək. Mən də öz növbəmdə bildirdim ki, belə şərtlər məni də qane edir. O zaman cavab verdi ki, həmin görüşə görə 200 manat verəcək. Fəqət, onun nəyi nəzərdə tutduğunu (hərçənd onsuz da hər şey aydın idi) öyrənmək üçün göstərdiyim bütün səylərdən o, yalnız müəmmalı şəkildə yayıldı və bildirdi ki, “əgər sən sözəbaxan olsan, bir həftə sonra daha 200 manat verəcəyəm. Sonra – yenə”.

Mən ondan birbaşa soruşdun: siz bu 200 manatı intimə görə təklif edirsiniz?

F.Babayev inkar eləmədi. Bundan əlavə, sırtıqcasına bəyan elədi ki, bilir ki, ona zəng edən KİV əməkdaşıdır. “Mənim haqda növbəti məqalə yazacaqsınız? Mənim üçün fərqi yoxdur. Nə istəyirsiniz, yazın. Qanun mənim tərəfimdədir. Mənim özüm hərbçiyəm, mənə onsuz da heç kim heç nə etməyəcək – nə jurnalistlər, nə də polis” bildirdi.

Bununla da söhbət bitdi. F.Bastrakov aydın şəkildə anlatdı ki, belə işlərə görə Cinayət Məcəlləsində maddə yoxdur və ona görə də rahatdır.

Bizim söhbətimizdən sonra F.Bastrakovun fotosu bir daha facebookda dərc olundu, onu yenidən paylaşmağa başladılar. Ən maraqlısı odur ki, “günün qəhrəmanı” da polemikada fəal iştirak edir, şərhlərində açıq şəkildə iştirakçıları hədələyir, onlara küçə söyüşləri yağdırırdı. Bundan əlavə, bizim söhbətdən sonra o, növbəti qrupda qadın əməkdaşların axtarışı barədə özünün şirnikləndirici statusunu dərc eləmişdi.

Əslində olduqca xoşagəlməz situasiyadır: adam açıq formada qanun pozuntusu ilə məşğuldur – hansı hərəkətə görə ki, istənilən sivil ölkədə onu sərt şəkildə cəzalandırardılar. Azərbaycanda isə onun hərəkəti yalnız xuliqanlıq və ya xırda dələduzluq kimi tövsif edilə bilər.

Əlbəttə ki, polemikanın gedişində F.Bastrakovun müdafiəçiləri də peyda oldular. Onlar birbaşa bildirdilər ki, günahkar heç də bu dələduz – “işə düzəldən” yox, tələ yeminə aldanmaq istəyən qızların özüdür. Müzakirə iştirakçılarının əksəriyyəti isə bu “iztirab çəkən” vətəndaşın ədalətli şəkildə cəzalandırılmasını tələb edirdilər – hansı ki, ən utanmaz şəkildə cəmiyyətin mənəviyyatını pozur və iş axtaran qadınlarla aldatma yolu ilə intim əlaqələrə nail olmağa çalışır. Və bu zaman o, cəzasızlığındanyararlanır və buna da apelyasiya edir.

Öz kanallarımızla bizə bunu da öyrənmək müyəssər oldu ki, özünü zabit kimi təqdim edən F.Bastrakovun orduya heç vaxt heç bir dəxli olmayıb. Əvvəllər o,

“CaspianFishCo”da sistem inzibatçısı işləyib. 2011-ci ildə nikaha girib (sosial şəbəkədə onun toy şəkilləri yayılıb). Aydındır ki, arvadı onun yanından qaçıb gedib. Axı evli kişi öz yuvasında intim üçün qadınları öz toruna salası olmayacaq.

Sonda biz hüquq-mühafizə orqanlarına xahişlə müraciət edirik ki, Faiz Bastrakovun xuliqan hərəkətləri ilə bağlı ölçü götürsünlər. Nədən ki, bu hərəkətlər ictimai şüuru sərt Şərq ənənələri və ailə dəyərləri əsasında formalaşan cəmiyyət üçün qəbuledilməzdir. Yox, bu adam ruhi xəstədirsə, o zaman israrla xahiş edirik ki, yenə onun haqqında müvafiq ölçü götürülsün, çünki belə adamın psixiatrik müalicəxanadan kənar mövcudluğu ətrafdakılar üçün təhlükəlidir.(minval.az)
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ