Avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs saxlanılıb — VİDEO
Hadise
Oxunub: 568
18 avq 2018 | 11:17
Avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs saxlanılıb — VİDEO














“Sosial şəbəkələrdə Bakıda avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən “manyak”ın peyda olması ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Bunu “Report”un sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, həmin şəxs əslində manyak deyil, sadəcə, tüfeyli həyat tərzi keçirən biridir: “Bu adam Quba rayon sakini Nəbi Ağayevdir və bu, onun tərəfindən törədilən ilk hadisə də deyil. O, bundan iki gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun, səhv etmirəmsə, sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri ölümlə hədələyib. Bu səbəbdən dispetçerlərin müraciəti əsasında o, Nərimanov rayon Polis idarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib”.

O.Mansurzadə deyib ki, N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb: “O, iki gün sonra Xətai prospektində eyni əməli törədib və polis tərəfindən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbirlər görüləcək. Artıq məsələ eyni maddə ilə polis tərəfindən sənədləşdirilib və baxılması üçün məhkəməyə göndərilib. Qanunvericiliyə görə, təkrar eyni əməl törədildiyi təqdirdə, cəza sanksiyaları sərtləşdirilir, inzibati həbs nəzərdə tutulur. N.Ağayev sabah məhkəməyə çıxarılacaq və onun barəsində müvafiq qərar veriləcək”.

Qeyd edək ki, N.Ağayev son günlər Bakı şəhərinin Nərimanov rayonunun Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb. O, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında içkili vəziyyətdə gələrək qeyri-adekvat hərəkətlər edib, avtobusların qarşısını kəsib və onların hərəkətinə maneə yaradıb. Həmçinin sürücüləri və sərnişinləri ölümlə hədələyib, rəsmi təyin edilən dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan verməyib. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olublar.

Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi