Ərini bıçaqlayıb həbsə düşən 4 uşaq anası faciəvi şəkildə öldü – Azərbaycanda
Hadise
Oxunub: 497
29 avq 2018 | 19:35
Ərini bıçaqlayıb həbsə düşən 4 uşaq anası faciəvi şəkildə öldü – Azərbaycanda















4 il əvvəl Bakıda uşaqlarının gözü qarşısında həyat yoldaşı Vasif Salayevi (ad şərtidir) bıçaqlayaraq həbsə düşən 30 yaşlı Aynurə Salahova (ad şərtidir) faciəvi şəkildə ölüb.

BAKU.WS xəbər verir ki, 4 il 3 ay həbs cəzası çəkdikdən sonra azadlığa çıxan Aynurəni bir neçə gün bundan əvvəl avtomobil vurub.

Aynurə Səmədova 26 yaşında olarkən ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayıb, həbsə düşüb. Bəli, söhbət 13 yaşında ərə verilən, 14 yaşında ilk övladını dünyaya gətirən, 26 yaşında artıq iki qız və iki oğlan olmaqla dörd uşaq anası olan gənc qadının faciəsindən gedir.

30 yaşında vəfat edən A.Salayevanın uşaqlarının ən böyüyünün 16, ən kiçiyinin isə 5 yaşı var. O, cinayəti törədərkən qucağında 10 aylıq südəmər körpəsi var idi. Ortalıqda qalan körpəyə 12 yaşlı böyük qızı baxırdı.

A.Salayeva həbsə düşdükdən sonra uşaqlar Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağına yerləşdirildiyindən ailənin faciəsi ilə birliyin sədri Kəmalə Ağazadə yaxından tanışdır. O, Aynurənin qəza nəticəsində öldüyünə inanmadığını deyir:

“Sözügedən ailə Bakıda yaşayır. Ər ticarətlə məşğuldur. Səhv etmirəmsə, ana Astaradan idi. İndi ananın maşın vurulması nəticəsində öldüyü də mənim üçün şübhəlidir. Çünki ana suiqəsdə meyilli idi, dəfələrlə özünə qəsd etmişdi. Həbsxana olduğu dövrdə bizə məlumat verirdilər ki, uşaqlarına görə özünü öldürmək istəyir. İndi onu maşın vurub, yoxsa özünü maşının altına atıb, bu sual altındadır.

K.Ağazadə 4 il əvvəl baş verənləri belə xatırlayır: “2014-cü ildə çox böyük səs-küyə səbəb olan cinayət hadisəsi baş vermişdi. Qadın həyat yoldaşını uşaqların gözü qarşısında bıçaqlamışdı. Kişi xəstəxanaya, qadın da xəstəxanadan uşaqların gözü qarşısında həbs olunaraq təcridxanaya aparılmışdı.

Ən kiçiyi 10 aylıq idi bizim sığınacağa gətiriləndə. 12 yaşlı bacının qolları arasında yuxuya getsə də, ağlamaqdan hələ də içini çəkirdi. Bacısının gözlərindən axan yaşın da üzünə tökülməsini görəndə bağrım yarılmışdı. Neçə gün karvalolla gəzdim, görüntü olaraq özümü dik tutdum, işçilər də ruha dönmüşdülər eşitdiklərindən. Reabilitasiyadan hələ söhbət gedə bilməzdi, çünki belə hadisə ilə ilk dəfəydi rastlaşmışdıq.

Ata reanimasiyada canıyla əlləşirdi, ana təcridxanada özünə qəsd etmək istədikdə qarşısını almışdılar. Südəmər körpə dayanmadan ağlayırdı, 5 yaşlı qardaş hamını öldürməklə hədələyirdi, 11 və 12 yaşlı qızlar isə anamızın günahı yoxdur, günah anamın qaynanası və qaynatasında, atamın bacısındadır, deyib dururdular! Hə,hə, düz oxudunuz, anamın qayınanası, qayınatası və atamın bacısı. Nə nənə, nə baba, nə də bibi sözlərini eşitmirdik.

15 gündən sonra atanın vəziyyəti stabilləşməyə başladı və biz qohumlarla kontaktlarımızı qurduq. Bu ailə deyildi! Bu dəli yığıncağı idi…
Və əlbəttə ki, ortada bu dəli yığıncağında “zəhərlənmiş” uşaqlar vardı. Ata tərəfdən olan kim vardısa, hər biri uşaqların dili ilə desək, hamısı bu uşaqların anasına “zülm” vermişdilər. “Zülm” uşaqların lüğətində “a” hərfi yerində dururdu.

Çox böyük çətinliklərdən sonra qızları nənə, baba, bibi və digər qohumlarla görüşməyə (ancaq balacaları gəlib görməklərinə) razı saldıq. Beləcə addım-addım reabilitasiyaya başladıq. 6 ay müddətində gedən işlərdən yazıb, sizi yormaq fikrim yoxdur. Anaya 4 il 3 ay iş verildi. Onu da deyim ki, ata şikayət vermədi, amma qanun cinayətin cəzasız qalmamasını tələb edir. Ata xəstəxanadan çıxdıqdan sonra 2 balacanı bibilər apardı. Qızlar isə 6 aydan sonra atanın yanında yaşamağa qərar verdilər.

Uşaqların beyinləri “zəhərdən” təmizləndikcə dəhşətli faktlar ortaya çıxırdı. Amma bu ailə sirləri olduğu üçün yazmayacam. Ana həbsdə olduğu müddətdə ata rəsmi qaydada boşandı və evləndi. Hə, deyəcəksizki, burada nə var ki? Evlənməliydi də. Qızlar çox sevdilər “cici” mamalarını.

Amma bu çox çəkmədi. Bir il öncə ata, “cici” mama və qızlar sığınacağa gəldilər. Məsələ daha ciddi idi. Bu dəfə “cici” mama qızların atalarından ayrılmağa qərar vermişdi, qızlar da “cici” mamayla getmək istəyirdi. Ata da gözlərini döyürdü, bu da “cici” mamanı əsəbləşdirdiyindən qızları sığınacaqda qoyub getməyə qərar vermişdi. Vallah, osəhnəni daş belə görsəydi ovulardı. Qızlar bir tərəfdən qadına yalvarır, ata qızlarına onunla getmələrini tələb edir, qızlar mənə yalvarır ki, nə olar, Kəmalə xala, analığımıza deyin, bizi özüylə aparsın. Analıq ərini təhqir edir, ər arvadının və qızlarının üstünə bağırır.

Qızları çətinliklə də olsa başa saldım ki, icra hakimiyyəti qəyyumluq komissiyasının qərarına kimi atanızın yanında qalın, sizi qərarsız götürməyə ixtiyarım yoxdur. Razılaşdırdıq, ata sabahı icraya gedəcəyinə söz verdi. Bir neçə gündən sonra ata telefon açıb bildirdi ki, biz uşaqlarla dil tapdıq və hər şey qaydasındadır.

Bu gecə isə mənə zəng gəldi, dedilər ki, ailədə faciə baş verib. Həbsdə olan ana bir neçə ay imiş ki, həsdən çıxıbmış və necə olubsa (bunu hələ araşdıracam) anaya bir qızı və bir oğlu verilib, digər uşaqlar isə atada qalıb.

Ananı bir neçə gün öncə avtomobil vurub, 4 gün komada olan qadın ayılmayıb, vəfat edib. İndi uşaqlar deyirlər ki, sığınacağa gedək”.

Uşaq hüquqlarının müdafiəçisi K.Ağazadə sözügedən ailənin dəhşətli faciəsinin səbəbi belə görür: “Faciələrin heç biri səbəbsiz baş vermir və bütün faciələrin kökü olur. 4 il öncə ərini bıçaqlayan qadın, ana 13 yaşında ərə verilmişdi, ilk uşağını 14 yaşında dünyaya gətirmişdi. Mənə çatan məlumata görə, ərini uşaqlarının gözü qarşısında bıçaqlayan qadının anası da neçə illər öncə övladlarının gözü qarşısında ərini öldürübmüş. Bilmirəm, sonun əvvəlidir, yoxsa əvvəlin sonu…”

Dörd uşağın taleyini diqqət mərkəzində saxlayacağıq.
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal