Qonşusu ilə illərlə gizlicə sevişdi, videoya çəkdi, sonra küçədə... - Masallıda BİABIRÇILIQ
Hadise
Oxunub: 492
3 sen 2018 | 22:18
Qonşusu ilə illərlə gizlicə sevişdi, videoya çəkdi, sonra küçədə... - Masallıda BİABIRÇILIQ














Masallı rayonunda qadını şantaj etməkdə təqsirli bilinən Yardımlı sakini, 1983-cü il təvəllüdlü Alim Şamiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Alim Şamiyev tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu gəlmək yolu ilə ələ keçirmək məqsədilə tanışı, Masallı rayon sakini Səmayə Əliyeva (ad və soyad şərti verilib – H. Z.) ilə cinsi əlaqədə olduqdan sonra onun yarıçılpaq şəkillərini çəkib.

Cinsi əlaqədə oldu, şantaj etdi

Daha sonra Alim Səmayənin barəsində rüsvayedici məlumatları özündə əks etdirən həmin şəkilləri yaymaqla hədələyib. Alim 2015-ci ilin fevral ayının əvvəllərində Səmayədən 800 manat pul tələb edib. Səmayə isə Alimə həmin miqdarda pulu verməkdən imtina edib.

Lüt şəkillərini küçədə yaydı

Bundan sonra Alim həmin şəkilləri Səmayənin yaşadığı küçəyə ataraq yayıb. Sonra o, yenidən Səmayədən 650 manat məbləğində pul əldə edib.

Səmayə Əliyevanın şikayəti əsasında Alim Şamiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq orqanı tərəfindən Alim Şamiyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“4 il cinsi əlaqədə olmuşuq”

Təqsirləndirilən şəxs qismində ifadə verən Alim Şamiyev bildirib ki, Səmayə ilə qonşuluqda yaşayıb: “Bizim bir-birimizə qarşı sevgi hissimiz oyanıb. Beləcə də uzun bir müddət ərzində, təxminən 4 il müxtəlif yerlərdə cinsi əlaqədə olmuşuq”.

“Lüt şəkillərini küçəsinə atmamışam”

Alim Şamiyev Səmayənin lüt şəkillərini çəkməsini və yaymasını təkzib edib: “Səmayənin lüt şəkillərini çəkməmişəm, ondan pul tələb etməmişəm. 800 manat vermədiyi halda, lüt şəkilləri onun yaşadığı küçəyə atmağım barədə deyilənlər yaylandır”.

“Lüt şəkillərimi çəkib”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səmayə Əliyeva bildirib ki, Alim onunla cinsi münasibətdə olarkən fotoşəkillərini çəkib, sonradan isə həmin fotoşəkilləri yayacağı hədəsi ilə ondan pul tələb edib: “İstədiyi məbləği vermədiyimə görə isə şəxsiyyət vəsiqəmin surətindən istifadə edərək adıma mobil telefon nömrələri alıb. Həmin nömrələrdən mənə və qohumlarıma dəfələrlə zənglər edib, mesajlar yazıb”.

3 il 6 ay həbs

Masallı rayon Məhkəməsinin hökmü ilə Alim Şamiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Alim Şamiyev apelyasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cəzadan 6 ay çıxıldı

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib, Alim Şamiyevin cəzası 3 ilə endirilib.

Bu qərardan narazı qalan Alim Şamiyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Alim Şamiyevin kasasiya şikayəti təmin olunmayıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO