Araq içən uşaqların valideynləri cərimələnib
Hadise
Oxunub: 516
5 sen 2018 | 09:58
Araq içən uşaqların valideynləri cərimələnib















Sosial şəbəkələrdə əllərində stəkan tutub sağlıq deyən azyaşlıların valideynləri cərimələnib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, son günlər bəzi saytlarda, sosial şəbəkələrdə spirtli içki qəbul edən və siqaret çəkən azyaşlıların videogörüntüləri yayımlanıb:

“Həmin görüntülərin harada və kimlər tərəfindən çəkilməsi, internet səhifələrində yayılması ilə bağlı müvafiq araşdırma aparılıb. Nəticədə yayılmış videogörüntülərin Ağdam rayonunun Bənövşələr qəsəbəsində çəkildiyi müəyyən edilib.

Həmin kəndə qonaq gələn, əslən Ağdam və Xocavənd rayonlarından olan, Bakı şəhərində anadan olmuş iki yeniyetmə bu ilin iyun ayında Bənövşələr qəsəbəsində əvvəllər tanıdıqları, həmyaşıdları olan iki qardaşla sonuncuların yaşadıqları evin həyətində məclis qurmağı və çəkiliş etməyi planlaşdırıblar. Bu məqsədlə evdən müəyyən mətbəx əşyaları və qida məhsulları gətirərək həyətə düzmüş, su doldurulmuş qabı “spirtli içki” adı ilə süfrəyə qoyublar.

“Məclis”də yeniyetmələr hazırda hərbi xidmətdə olan bir həmkəndlilərinin şərəfinə sağlıq deyərək əvvəlcədən stəkanlara doldurduqları suyu içiblər. Az sonra sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntüləri də paytaxtdan gəlmiş oğlanlardan biri çəkərək şəxsi “İnstagram səhifəsində yerləşdirib, oradan isə sosial şəbəkələrə və müxtəlif saytlara yayılıb.

Araşdırma zamanı azyaşlılar və onların valideynləri ərazi aidiyyəti üzrə polis orqanlarına dəvət edilmiş, onlarla zəruri profilaktik söhbətlər aparılmış, yetkinlik yaşına çatmayanların tərbiyə olunması ilə bağlı valideyn kimi üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi onlardan tələb edilmişdir. Hər bir valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq barələrində inzibati protokol tərtib olunmuş və onlar inzibati qaydada cərimə edilmişlər. Gələcəkdə azyaşlılar tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsinin qarşısının alınması və onlar üzərində nəzarətin artırılması məqsədilə yeniyetmələr fərdi nəzarətə götürülmüşlər.

Təəsüflə qeyd edilməlidir ki, azyaılılar barəsində bu cür neqativ halları əks etdirən məlumatlar müvafiq tədbirlərin görülməsi və qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumlarına, o cümlədən ərazi polis orqanlarına deyil, ucuz sensassiya, reytinq dalınca qaçan bəzi xəbər saytlarına, internet resurslarına ötürülür. Aidiyyatı dövlət orqanları ilə dəqiqləşdirilməmiş, yoxlanılmamış belə məlumatlar ictimaiyyətdə çaşqınlıq yaradılmasına xidmət edir ki, bu da qətiyyən yolverilməzdir. (Report)
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...