Qadını intim fotoları ilə şantaj etdi: Amma 10 min manat alarkən həbs olundu
Hadise
Oxunub: 561
7 sen 2018 | 16:30
Qadını intim fotoları ilə şantaj etdi: Amma 10 min manat alarkən həbs olundu














Bakıda tanış olduğu qadından hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hal şahidi və əməliyyatçılar ifadə verib. Əməliyyatçılar bildiriblər ki, təqsirləndirilən şəxsi zərərçəkmiş qadından pulu alarkən saxlayıblar. Həmin zaman Elvin Ismayılovun üzərinə baxış keçirilən zaman qadından aldığı 10 min manat aşkarlanıb.

Məhkəmə prosesində zərəçəkmişlə həbs edilən şəxs arasında gərginlik yaşanıb. Onlar bir-birlərini təhqir ediblər. Məhkəmə hər iki tərəfə xəbərdarlıq edib. Elvin İsmayılov zərərçəkmiş yalan danışmaqda, ona böhtan atmaqda suçlayıb. Zərərçəkmiş qadın isə Elvin “artislik eləmə” deyə cavab verib.

Məhkəmənin növbəti iclası 12 sentyabrda keçiriləcək.

İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib) şantaj edərək pul tələb edib. O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra aralarında münasibət yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onun intim şəkillərini sosial şəbəkədə yayacağı, onu biabir edəcəyi ilə hədələyib. Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib.

Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib. Məlum olub ki, Elvin Ismayılov daha əvvəl də bir neçə dəfə Əfsanədən xəstə olması, pulu ehtiyacı olması yalanları ilə pul alıb.

İstintaq orqanı tərəfindən Elvin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qoru yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...