10-09-2018, 12:16 Oxunub: 390

Astarada qanunsuz 14 ağac kəsilib

Astarada qanunsuz 14 ağac kəsilib
















Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Astara rayonu Şüvi bələdiyyəsinə məxsus ərazidə köküstə yaş 14 ədəd müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 2110 manat məbləğində ziyan dəydiyi məlum olub.
Araşdırma zamanı ağacların Astara rayon sakini Cavanşir Məmmədov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.
ETNS qanunsuz ağac kəsəni prokurorluğa şikayət etdi ETNS qanunsuz ağac kəsəni prokurorluğa şikayət etdi Hadise Nazirlik təbiətə 17630 manat ziyan vuran şəxsi cəzalandırdı Nazirlik təbiətə 17630 manat ziyan vuran şəxsi cəzalandırdı Sosial Gəncədə qanunsuz ağackəsimi aşkarlandı Gəncədə qanunsuz ağackəsimi aşkarlandı Hadise ETSN Ucarda 36 ağac kəsilməsi faktını aşkarlayıb ETSN Ucarda 36 ağac kəsilməsi faktını aşkarlayıb Hadise Qanunsuz ağac kəsən şəxs cərimələndi Qanunsuz ağac kəsən şəxs cərimələndi Hadise