Azərbaycanlı milyarder axtarışa verildi – Ləqəbi “Banan Elçin”dir
Hadise
Oxunub: 565
12 sen 2018 | 20:17
Azərbaycanlı milyarder axtarışa verildi – Ləqəbi “Banan Elçin”dir















Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin müstəntiqləri “Aysel” və “AyBaRus” şirkətlərinin sahibi, azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı qiyabi ittiham irəli sürərək barəsində federal axtarış elan edib. Virtualaz.org xəbər verir ki, bu haqda “Kommersant” qəzeti yazır.

Elçin Əhmədov Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və məlumatlara görə hətta banan idxalı üzərində monopoliyaya malik olub. Bu səbəbdən ona “Banan Elçin” ləqəbi də qoşublar. “Kommersant” Elçin Əhmədovu həm də “milyarder” kimi təqdim edir, amma biznesmenin sərvətinin həcmi barədə müfəssəl məlumat olmadığından onun dollar, yaxud rubl milyarderi olduğu dəqiq deyil.

İttihama əsasən E.Əhmədov və şirkətinin işçisi bir neçə il əvvəl Sankt-Peterburqun “Sofiysk” bazarında quldur basqını həyata keçiriblər. Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin ictimai təhlükəsizliyə və şəxsiyyətə qarşı cinayətlərin araşdırılması üzrə baş müstəntiqləri qeyd edirlər ki, onlar Elçin Əhmədova qarşı ittiham irəli sürmək üçün “kifayət qədər sübutlar” toplayıblar. Və biznesmenin özgəsinin əmlakını ələ keçirmək üçün quldur basqını təşkil etdiyinə, üstəlik sağlamlıq üçün təhlükəli şəkildə zor tətbiq etməklə hədələməklə, əmindirlər.

Azərbaycanlı milyarder axtarışa verildi – Ləqəbi “Banan Elçin”dir






İstintaqın versiyasına görə 2015-ci il noyabrın 20-də səhər saat 9-an 11-ə qədər Elçin Əhmədov və onun əməkdaşı Cavid Mansurzadə, habelə “müəyyən olunmamış şəxslər” bazarda “Royal” MMC tərəfindən icarəyə götürülmüş anbara “aldatma yolu ilə” daxil olublar. Onlar “müəyyən olunmamış və tapançaya oxşayan predmetdən” istifadə edərək hansısa Həsənova zor tətbiq ediblər, habelə hansısa Heydərovu hədələyiblər. Daha sonra “Royal” MMC-nin sahibi Novruz Xəlilova məxsus olan 12 milyon rublu “açıq-aşkar qəsb ediblər”.

Azərbaycanlı milyarder axtarışa verildi – Ləqəbi “Banan Elçin”dir






İstintaq E.Əhmədovun hərəkətlərini Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə kvalifikasiya edib, onu həmin maddələr üzrə 8 ildən 15 ilə qədər həbs gözləyir. Əhmədovu Sankt-Peterburqda tapa bilmədiklərinə görə müstəntiqlər ona qarşı ittihamı qiyabi elan etməyi qərara alıblar və biznesmenin barəsində federal axtarış elan ediblər.

Lakin Elçin Əhmədov çoxdan Rusiyanı tərk edib, hazırda Azərbaycandadır və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan ediləcəyi gözlənilir.

“Kommersant”ın məlumatına görə ittihama əsas kimi Elçin Əhmədovun hərəkətlərindən zərər çəkən şəxsin və şahidlərin ifadəsi əsas götürülüb. Hansı ki, onlar quldur hücumu barədə nəyə görəsə iki il yarım sonra xatırlayıblar və şikayət veriblər. İddia ediblər ki, soyğunçunun Əhmədov olduğunu KİV-lərdə onun fotosunu görəndən sonra biliblər.

Elçin Əhmədov özü isə “Kommersant”a deyib ki, zərərçəkən statusundakı şəxs hüquq-mühafizə orqanlarının tapşırığı ilə onu şərləyir. “Xəlilov və qohumları quldurluq, quldur hücumu və qətllərə görə cinayət işlərində fiqurantlardır. Üç il əvvəl bu iş üzrə irimiqyaslı əməliyyat keçiriləndə KİV-lər xəbər verdilər ki, şübhəlilərin onlarla qətldə əli ola bilər. Lakin nəyə görəsə məhkəməyə ancaq bir quldur basqını epizodu gedib çıxdı. Bu iş üzrə zərərçəkənin özü qətlə görə məhkum edilib”-Əhmədov deyib.

Biznesmen deyir ki, 2015-ci ildə o “Royal” MMC-də heç bir quldurluq etməyib. Və Xəlilovla onun arasında çoxdandır mübahisə var idi. Bu mübahisə Cənubi Afrika Respublikasından apelsin idxalına görə yaranmışdı. “Ağsaqqallar yığışıb bu məsələni müzakirə edib qərara aldılar ki, heç kim heç kimə borclu deyil, amma mənhər halda Xəlilovların ailəsinə 250 min dollar ödədim ki, hamı rahat olsun”-Əhmədov xatırlayır.

Əhmədovun ittiham olunduğu quldurluq barədə cinayət işi isə bu ilin may ayında qaldırılıb, amma işdə fiqurantlar yox idi. Bununla belə müstəntiqlər həmin cinayət işi əsasında Əhmədovun mənzillərində axtarış aparıb “Aysel” və “AyBaRus” şirkətləri barədə sənədləri götürüblər. Daha sonra vergi və digər nəzarət orqanları Əhmədovun biznesini yoxlamağa başlayıb.

Azərbaycanlı milyarder axtarışa verildi – Ləqəbi “Banan Elçin”dir






Elçin Əhmədov Rusiya prezidentinə, Dövlət Dumasına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəndən sonra onun adı işdə şübhəli qismində keçməyə başlayıb. “Görünür güc strukturlarının xoşuna gəlmədi ki, mən özümü fəal müdafiə edirəm”-Əhmədov deyib.

O bildirir ki, həbs olunmayacağına dair qarantiya verilsə Rusiyaya qayıtmağa və iş üzrə ifadə verməyə, şahidlərlə üzləşməyə və yalan detektorundan keçməyə hazırdır.

Əhmədov bir neçə ay əvvəl Bakıda yerli KİV-lərə müsahibə verib bu iş barədə geniş danışmışdı.

Virtualaz.org
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal