Qrip virusunun yayılması təhlükəsi ilə bağlı açıqlama – “Ciddi və ağır nəticələr verə bilər…”
Hadise
Oxunub: 429
17 okt 2018 | 23:15
Qrip virusunun yayılması təhlükəsi ilə bağlı açıqlama – “Ciddi və ağır nəticələr verə bilər…”














Mövsümlə əlaqədar olaraq qrip və digər virus infeksiyalarının yayılması ehtimalı artır. Ona görə də insanlar düzgün qidalanmalı və isti geyinməlidirlər. Çünki payız-qış aylarında orqanizmin iqlim dəyişikliklərinə alışması çətin olur”.

Bunu “Report”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, vaxtaşırı həkim müayinəsindən keçmək vacibdir: “Qrip vürusunun gedişində orqanizmdə bir çox ağırlaşmalar, o cümlədən tənəffüs yollarında, eləcə də ürək-qan damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda ciddi narahatlıqlar müşahidə olunur. İnsanların konservləşdirilmiş qidalardan uzaq durmaları məsləhətdir. Bitki ilə zəngin qidalara üstünlük verilməli, qida rasionunda müxtəlif meyvə və tərəvəzi artırmaq lazımdır. Tərəvəzləri isə daha çox bişmiş yox, çiy halda yemək məqsədəuyğundur. Əgər kimsə qripə yoluxarsa, ilk növbədə özü bunun qarşısını almağa çalışmalıdır. İşə getməməli, tempratur olduğu müddətdə yataq şəraitində qalmalı, məcburən işə gedirlərsə, o zaman qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməlidirlər. Hətta evdə də maska taxılmalıdır. Eləcə də ictimai yerlərdə mümkün qədər az olmaq lazımdır”.

C.İsayev əlavə edib ki, ölkədə epidemiolji xarakter daşıyan hansısa virusun yayılması təhlükəsi yoxdur: “Lakin qriplə bağlı hər zaman təhlükəli vəziyyət ola bilər. Qripin ətraf ölkələrdən Azərbaycana keçmə ehtimalı da var. Bunun qarşısını almaq üçün görülən qabaqlayıcı tədbirlər isə çox vaxt effekt vermir. Çünki qrip çox sürətlə yayılır. Bəzən vətəndaşlarımız buna ciddi yanaşmırlar. Amma qrip təhlükəsinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Çünki bu, kifayət qədər ciddi və ağır nəticələr verə bilir”.

Baş infeksionist həmçinin, insanlar arasında sıx müşahidə olunan koksaki virusu barədə də danışıb. Koksaki virusunun enteroviruslara aid olduğunu xatırladan C.İsayev vurğulayıb ki, buna yalnız uşaqlar deyil, böyüklər arasında da rast gəlinir: “Koksaki daha çox yaz-payız fəsillərində özünü büruzə verir. Bu zaman həmin virusların ətraf mühitə yayılmasına şərait yaranır. Bu xəstəlik zamanı ağızda, əl və qollarda balaca yaralar əmələ gəlir, hərarət, boğaz ağrısı, ürək bulanma, qusma, ishal kimi kliniki əlamətlərlə təzahür edir. Bu virus əsasən su, müxtəlif qidalar, həm də hava damcı yolu ilə də keçə bilər. Törətdiyi xəstəlik kliniki gedişə malik olur. Daha çox respirator xəstəlik olub qripi xatırladır. Bu zaman orqanizmin immun sistemini gücləndirmək, temperatur varsa yaşam şəraitini yaxşılaşdırmaq, düzgün qidalanmaq, pəhriz saxlamaq lazımdır”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...