Vəliəhd şahzadə Camal Qaşıqçını əvvəlcədən hədəfə götürübmüş
Hadise
Oxunub: 349
22 okt 2018 | 10:30
Vəliəhd şahzadə Camal Qaşıqçını əvvəlcədən hədəfə götürübmüş














Qərb mediasında maraqlı detalların üstü açılıb
Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda öldürülən ərəb jurnalist Camal Qaşıqçının qətl edilməsi rəsmi Ər-Riyad tərəfindən etiraf olundu.

Lakin Qərb mediası Səudiyyə krallığının idarəçilərinin, xüsusilə vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yaxasını buraxmaq niyyətində deyil.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, işlə əlaqədar mətbuatda hər gün maraqlı detalların üstü açılır.

ABŞ mətbuatında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın rəhbərliyi ilə qurulan sosial media qrupunun ölkə xaricində yaşayan müxalifətçilərin səsini batırmaq üçün “Tvitter” sosial şəbəkəsində kampaniyalar təşkil etdiyi və öldürülən jurnalist Camal Qaşıqçının həmin qrupun bir nömrəli hədəfi olduğu barədə xəbərlər çıxmağa başlayıb.

“The New York Times” (NYT) qəzetində “Səudiyyəlilərin imicmeykerləri: Bir troll ordusu və tvitterdəki köstəbək” adlı yazıda Ər-Riyada qarşı ittihamlar irəli sürülüb. Xəbərdə yüzlərlə şəxsdən ibarət həmin sosial media komandasına Məhəmməd ibn Salmanın müavinlərindən Səud əl Kahtaninin rəhbərlik etdiyi bildirilib. “NYT”-in məqaləsində də sosial qrupun izlədiyi insanların başında məhz jurnalist Camal Qaşıqçının olduğu qeyd qeyd edilib.

Bundan başqa yazıda sosial media qrupunun “Tvitter” vasitəsilə həyata keçirilən əməliyyatlara əvvəllər həmin sosial şəbəkə saytında çalışmış Əli əl Zebara adlı xüsusi ekspertin dəstək verdiyi irəli srülüb.

Həmin Əli əl Zebaranın savadına görə, “Tvitter”də qısa müddət içində mühəndis səviyyəsinə qalxdığı, bir çox hesabla əlaqədar şəxsi məlumatlara giriş haqqı qazandığı və bu yolla vəliəhdə düşmən kəsilən bir çox insanla bağlı məlumatları Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarına ötürdüyü iddia edilib.

ABŞ kəşfiyyatı hələ 2015-ci ildə Əli əl Zebara haqqında Twitter şirkətinə xəbər verdikdən sonra firma onu öncə məcburi məzuniyyətə göndərib, daha sonra isə haqqında təhqiqata başlayıb.

Əleyhinə konkret dəlil tapılmamasına rəğmən 2015-ci ilin dekabrında Əli Zebaranın işinə son verilib və o, öz ölkəsinə geri dönərək artıq rəsmən Səudiyyə Ərəbistanında, kəşfiyyat orqanında işləməyə başlayıb. “Tvitter” özü isə həmin vaxt Səudiyyə Ərəbistanın təbliğatı ilə məşğul olan bir çox saxta hesabı qapatmalı olub.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb