Lerikdə başlayan yanğın Hirkan Milli Parkına keçib
Hadise
Oxunub: 1 669
23 iy 2014 | 14:25
Yanğının söndürülməsinə təyyarə və helikopterlər cəlb olunub, ETSN-in fövqəladə hallar üzrə Tədbirlər Mərkəzinin 20 nəfərlik heyəti Lerik rayonuna yola düşüb
Lerikdə başlayan yanğın Hirkan Milli Parkına keçibLerik rayonunun Piran kəndində dağlıq meşə ərazisində başlayan yanğın Hirkan Milli Parkına keçib.
APA-nın cənub bürosunun xəbərinə görə, yanğın parkın Lənkəran rayonu ərazisində saat 16.20 radələrində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub.
Yanğın yüksəklikdə baş verdiyindən əraziyə yanğınsöndürən avtomobillərin qalxması mümkün deyil.
Yanğın böyük ərazini əhatə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, ötən gün Lerik rayonunun Piran kəndində bələdiyyə ərazisində başlayan, sonradan yüksək dağlıq meşə fondu torpağına keçən yanğın bu gün külək nəticəsində başqa ərazilərə də keçərək daha böyük ərazini əhatə edib. İ. İbrahimova deyib ki, yüksək dağlıq ərazidəki meşədə davam edən yanğın meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 21 saylı dolayına keçib və təxminən 0,2 hektar ərazini əhatə edib. Hadisə yerinə Milli Parkın və ETSN-in bütün qurumlarının, yerli qurumlarının əməkdaşları cəlb olunub.
Hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in fövqəladə hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 20 nəfərlik heyəti Lerik rayonuna yol düşüb. Yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür.
FHN də yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Lənkəran rayonu Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə yerləşən hissəsində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 helikopter, 2 ədəd yanğınsöndürmə texnikası və müvafiq şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Qeyd edək ki, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğın bir neçə gündür, davam edir.
Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.
Yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 2 helikopter və 1 yanğınsöndürmə təyyarəsi cəlb olunub.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi