Məşhur aktyor Bakıda məktəb direktorunu döydü — Xəstəxanadan FOTOLAR
Hadise
Oxunub: 401
21 noy 2018 | 09:20
Məşhur aktyor Bakıda məktəb direktorunu döydü — Xəstəxanadan FOTOLAR














Bakıda məktəb direktoruna xəsarət yetirilib.

“Ölkə.Az” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb.

Hadisə zamanı o, ciddi xəsarət alıb. T.Mirzəliyev xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, məsələ Təhsil Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.

Gənc müəllim Həbib Əlizadə sosial şəbəkədə direktoru döyən şəxsin kimliyini açıqlayıb. O bildirib ki, T. Mirzəyevə xəsarət yetirən şəxs “Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayevdir. Onun sözlərinə görə, hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Bu barədə gənc müəllim Həbib Əlizadə sosial şəbəkədə məlumat verib.

Qeyd edib ki, bu gün məhkəmə iclasından sonra tərəflər arasında yenidən mübahisə düşüb. R. Rzayev direktoru döyərək ona ağır bədən xəsarətləri yetirib.

T. Mirzəliyev hazırda 3 saylı Sabunçu xəstəxanasındadır. R.Rzayevin isə polis tərəfindən saxlanılıb-saxlanılmaması dəqiq deyil.

Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.

Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni “həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. “Drakon” məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.

Məşhur aktyor Bakıda məktəb direktorunu döydü — Xəstəxanadan FOTOLAR

Məşhur aktyor Bakıda məktəb direktorunu döydü — Xəstəxanadan FOTOLAR
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi